Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İdman

"NEFTÇİ" ÇL-də MÜBARİZƏNİ DAYANDIRDI

Möcüzə alınmadı

Azərbaycan çempionu “Neftçi” III təsnifat mərhələsində İsrailin Kiryat-Şmona şəhərini təmsil edən “Hapoel”lə qalib gələ bilməyib.  2:2 hesabı ilə başa çatan qarşılaşma komandamızın mübarizədən kənarlaşmasına səbəb olub. 

Simsar.az-ın məlumatına görə, ilk görüşdə səfərdə 0:4 hesabı ilə uduzan flaqmanı cavab qarşılaşmasında 5 top fərqi ilə qələbə qane edə bilərdi. Hələ oyundan əvvəl çoxları bunu möcüzə hesab edirdilər. Proqnozlar özünü doğrultdu. Flaqman mübarizədən kənarda qaldı.

 “Neftçi” 3 arxa xətt oyunçularını – qapıçı Rauf Mehdiyev, müdafiəçi İqor Mitreski və kapitan Rail Məlikov transferə çıxarılmışdı. Onların yerinə baş məşqçi əvəzi Tərlan Əhmədov qapıda Saşa Stamenkoviçi, müdafiənin mərkəzində Saşa Yunisoğlunu, sağ cinahında isə Emin Mehtiyevi qoymuşdu.

Bu dəyişikliklər müəyyən mənada uğurlu oldu.  Startdaca irəli atılan “Neftçi”nin erkən qol vurmaq istəyi alınmayıb. “Ağ-qaralar” 31-ci dəqiqədə istəyinə çatıb. Culius Vobay cərimə zərbəsini ustalıqla yerinə yetirərək, topu uzaq küncə göndərib – 1:0. Komandalar fasiləyə bu hesabla çıxıblar.

İkinci hissəyə “Hapoel” qolla başlayıb. 50-ci dəqiqədə Barak Badaş “Neftçi”nin müdafiəsindəki kobud səhvdən lazımınca yararlanıb. Bununla da flaqmanın növbəti mərhələ şanslarının üstündən xətt çəkilib. Qalan dəqiqələrdə daha 5 top vurmağın mümkünsüzlüyünü anlayan meydan sahibləri oyundan qalib ayrılmağa çalışıblar. 63-cü dəqiqədə oyuna daxil olan Cavid İmamverdiyev bundan 13 dəqiqə sonra “Neftçi”ni hesabda yenidən önə çıxarıb. O, Vobayın cinah asmasını başla tora göndərib. Lakin flaqman yenə qələbəni qoruya bilməyib. Oyuna əlavə olunan dəqiqələrdə Laslo Lençe “ağ-qaralar”ın müdafiəsindəki növbəti kobud səhvdən məharətlə yararlanıb – 2:2.

Beləliklə, “Neftçi” o qədər də güclü olmayan “Hapoel” qarşısında aciz qalıb. Çempionlar Liqasında çıxışlarını dayandıran flaqman indi mübarizəni Avropa Liqasının “pley-off” mərhələsində davam etdirəcək. Növbəti rəqibin adına avqustun 10-da atılacaq püşk nəticəsində aydınlıq gələcək.






9 Avqust, 2012  14:33 Baxılıb: 1196 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner