Rəşad Sadiqov “Neftçi”ni kapitan kimi ilk dəfə bu gün Çempionlar Liqasında “Hapoel”lə oyuna çıxaracaq.
Futbol üzrə Azərbaycan yığmasının yarımmüdafiəçisi Rəşad Sadiqov Azərbaycan çempionu “Neftçi”nin yeni kapitanı təyin olunub. Simsar.az-ın məlumatına görə, artıq onun yoxluğunda sarğını kimin daşıyacağı da bəlli olub.
Belə ki, paytaxt klubunun vitse-kapitanı müdafiəçi Elvin Yunuszadə təyin olunub. Bu iki futbolçunun yoxluğunda isə komandaya yarımmüdafiəçi Mirhüseyn Seyidov kapitanlıq edəcəkdir.
R.Sadiqov “Neftçi”ni kapitan kimi ilk dəfə bu gün Çempionlar Liqasında “Hapoel” (Kiryat Şmona) ilə oyuna çıxaracaq.