Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İdman

LONDON-2012: Kamerunlu idmançılar yoxa çıxdı

London Olimpiadasında mübarizəni dayandırmış idmançıların yarışlar başa çatandan sonra Böyük Britaniya hökümətindən siyası sığınacaq istəyəcəkləri ehtimal olunur


Kamerun yığmasının 7 idmançısı Londondakı Olimpiya kəndindən yoxa çıxıb. Simsar.az-ın məlumatına görə, bunu Kamerunun nümayəndə heyətinin rəhbəri David Ojonq təsdiqləyib.
Onun sözlərinə görə, əvvəlcə bu ölkənin qadınlardan ibarət futbol komandasının ehtiyat qapıçısı Druzil Nqako “aradan çıxıb”. Ardından Kamerunu təmsil edən iki üzgüçüdən biri Pol Ekane Edinqe qaçıb. Daha sonra 5 boksçu - Tomas Essomba, Kristian Donfak Acufak, Abdon Mevoli, Bleyz Empu Menduo və Serj Ambomo bunlara qoşulub. Artıq London Olimpiadasında mübarizəni dayandırmış idmançıların yarışlar başa çatandan sonra Böyük Britaniya hökümətindən siyası sığınacaq istəyəcəkləri və ya başqa bir Avropa ölkəsinə qaçacaqları ehtimal olunur.
Qeyd edək ki, 12 il əvvəl baş tutmuş Sidney Olimpiadasında idmançılardan 35-i siyasi sığınacaq istəmiş, 65-i itkin düşmüş, 145-i isə ölkəni viza müddəti başa çatandan sonta tərk etmişdi.






8 Avqust, 2012  15:22 Baxılıb: 1037 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner