Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Günel Mövlud: “On beş dəqiqənin dərdi”

On beş dəqiqə vardır ki, ömür boyunca unudulmayacaq iz buraxar. On beş dəqiqə də var ki, unudula bilməyənləri unutdurar. 


Olmayan kinomuzun ziyalı kinoşünası Aygün Aslanlı həftənin iki gününü yaxşı əcnəbi filmlərin durmadan çəkildiyinə, həftənin qalan günləri isə onilliklərdir ki, yerli kinomuzun ortaya bir şey qoya bilmədiyinə görə depressiyaya düşür. Bilirəm, bilirəm, deyə bilərsiniz ki, bizim yaxşı kinolarımız olub, Sovet vaxtı Azərbaycan kinosunun nadir nümunələri yaranıb, bizim Oskar almış kinodramaturqumuz var.
Boş şeylərdi. Söhbət illərdi kinoya ayrılan pullardan, bu pullar müqabilində ortaya çıxan yararsız ekran əsərlərindən gedir. Bir milyon büdcəsi olan filmləri (əcnəbi kino şirkətləri üçün bu məbləğ cüzi ola bilər, amma nəzərə alaq ki, bizimkilər də kinoya Entoni Hopkinsi çəkmirlər) qonşu ölkələr bir yana, heç öz telekanallarımız göstərmir. Çünki maraqlı deyil. Başdansovdu çəkilib.
Rejissorları da qınamalı deyil. Kinoya ayrılan pullar yeyilib. Ayrılan pulun onda biri də rejissorun ixtyarında olmayıb. İllərdir kino çəkmək həsrətində olan rejissor da bilib ki, nəsə desə, ya indi filmi əlindən alacaqlar, ya da bir də ona film tapşırmayacaqlar. Yazara nə var e, bu saytda, qəzetdə yazmağa qoymayanda, qələmin sancır qulağının dibinə, gedir başqa mətbuat orqanına. Ağ kağızı, bilgisayarını heç kim onun əlindən ala bilməz. Amma Ayaz Salayev demişkən, rejissorun «kağızının» qiyməti yüz min dollardı. Bu «kağız» olmasa, rejissor kino çəkə bilməyəcək.
Bu işin iri miqyaslı, maddi tərəfidi. Və bu yaşlı nəslin problemidi.
Keçək məsələnin yaradıcı tərəfinə və gənclərin probleminə. Bu yaxınlarda Mədəniyyət və Turizm Nazirliyinin maliyyə ayırdığı gənclərin çəkdiyi üç filmə baxdım. Qısametrajlı filmlər idi. Bilirəm, mən kinoşünas deyiləm. Amma çox yaxşı kino zövqü olan tamaşaçıyam. On ildi də dünya kinosunu çox gözəl bilən, bu sahədə tükü-tükdən seçən kinoşünas rəfiqəm, yəni kino məsləhətçim var.
O gənclərin filmlərinə baxanda yaradıcı gəncliyin dünyadan, müasir proseslərdən nə qədər uzaq qaldığını gördüm. Dünyadan, dünya kinosundan, yeni cərəyanlardan xəbərləri yoxdur. İlişib hardasa 90-cı illərdə qalıblar. «Next» düymələri basılmayıb. Düzdü, başa düşürəm ki, pul verən qurum məhdudiyyətlər qoyur. Dünya kinosunun bir çox fəndləri var ki, onu bizdə eləmək mümkün deyil - əgər filmi dövlət malyyələşdirirsə. Amma məhduddiyyət işin ancaq bir tərəfidi. Ortada məhdudiyyətlərin yaratdığı problemlərdən daha çox yaradıcılıq, yenilikçilik problemi var.
Üstəlik, bu gənclərin içi, baxışları necə də qaramatdı? Bir-birindən xəbərsiz film çəkən üç rejissorun üçünün də fimlərində oxşar kadrlarda nələr vardı: xəstə, qan, təcili yardım, tibb bacısı, dərmanlar, göz yaşı. Birinin qəhrəmanı dəli, birininki narkoman, birininki də tərkidünya. Özü də hərəsi on beş dəqiqəlik filmdə bəşəriyyətin problemini göstərməyə və elə filmdəcə bu problemi həll etməyə çalışıb. Ona görə də aləm dəyib bir-birinə. Ortaya eybəcər bir şey çıxıb.
Bilirəm, müqayisənin yeri yoxdu. Azərbaycanlı rejissor, kinodramaturq gənclər heç bilmirəm neyləməlidi ki, türk kinosunun şuxluğunu, yeniliyə açıqlığını, diribaşlığını mənimsəsin. Özü də hələ müasir türk kinosu dünyada ən yaxşı nümunələrdən deyil. Amma ona belə bizimkilərin çatmağına min il var.
Bunu demək istəyirdim. Türk rejissoru Neso Çelikin bir filmi var. «On beş dəqiqə vam odda». Filmdə demək olar ki, bütün hadisələr bircə məkanda baş verir. Bütün hadisələr on beş dəqiqə ərzində baş verir. Filmin mesajı da budur: on beş dəqiqə vardır ki, ömür boyunca unudulmayacaq iz buraxar. On beş dəqiqə də var ki, unudula bilməyənləri də unutdurar.
Amma kinoda on beş dəqiqəyə bir ömrü sığışdırmaq, bir ömrün dərd-azarını həll eləmək olmaz. Buna cəhd eləyəndə adam azərbaycanlı gənc rejissor olur.







30 İyul, 2012  15:19 Baxılıb: 2330 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner