Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

KONSTİTUSİYA MƏHKƏMƏSİNƏ FƏRDİ ŞİKAYƏTLƏR NİYƏ AZALIB? – ARAŞDIRMA

Ekspert: “Müraciətlərə şablon cavablar yazıb geri qaytarırlar”

2004-cü ildən balayaraq Konstitusiya Məhkəməsinə vətəndaşların fərdi şikayətlərinə baxma imkanı yaradıldı. Həmin vaxta qədər fərdi şikayətlər Ali Məhkəmənin Plenumu vasitəsi ilə verilə bilirdi. Konstitusiya Məhkəməsinə fərdi şikayətlərin verilməsinin təmin edilməsi Avropa Şurasının tələblərindən biri idi.

24 avqust 2002-ci ildə keçirilən referendum yolu ilə Konstitusiyaya bir sıra mühüm dəyişikliklərdən biri də vətəndaşlara Konstitusiya Məhkəməsinə birbaşa müraciət hüquqlarının verilməsi ilə bağlı idi. Bu dəyişikliyə görə hər kəs ounun hüquq və azadlıqlarını pozan qanunvericilik və icra hakimiyyəti orqanlarının normativ aktlarından, bələdiyyə və məhkəmə aktlarından qanunla müəyyən edilmiş qaydada Konstitusiya Məhkəməsinə şikayət vermək imkanı qazandı. 23 dekabr 2003-cü il tarixdə «Konstitusiya Məhkəməsi haqqında» yeni qanun qəbul edildi və bu qanunda həm də fiziki və hüquqi şəxslər tərəfindən Konstitusiya Məhkəməsinə şikayətlər verilməsinin qaydaları müəyyən olundu. 2004-cü ildə isə qanun prezident tərəfindən təsdiq olundu.

Yeni hüquqlar vətəndaşlara müəyyən ümidlər verdi. Həmin ildən başlayaraq vətəndaşların Konstitusiya Məhkəməsinə şikayətlərinin sayının artmasına səbəb oldu. Müşahidələr göstərir ki, bu məhkəməyə müraciətlərin sayı kifayət qədər olsa da, onların heç də hamısına baxılmır. Bunu Konstitusiya Məhkəməsinin şöbə müdiri Xaqani Məmmədov da təsdiqləyir. Onun sözlərinə görə, müraciətlərin ancaq kiçik bir qisminə baxılması bu məhkəmə instansiyasının müstəsnalığından irəli gəlir. Təxmini hesablamalara görə, 160 fərdi şikayətdən yalnız birinə baxılır. 2004-cü ilin əvvəlindən 2010-cu ilə qədər məhkəməyə 6800-ə yaxın şikayət daxil olub. İl ərzində quruma 700-800 müraciət daxil olur.
Məhkəmələrin mahiyyətinə gəlincə Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev jurnalistlərə açıqlamasında qeyd edib ki, fərdi şikayətlər müxtəlif rayonlarda icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən torpaq sahələrinin düzgün bölünməməsi və bu sahədə olan vəzifələrdən sui-istifadə halları, əmək və məzuniyyət haqlarının alına bilməməsi, təqaüdlərin düzgün hesablanmaması, icra hakimiyyəti orqanlarının, xüsusən də hüquq mühafizə orqanlarının fəaliyyəti, məhkəmələrdə ərizələrin qəbul edilməməsi və baxılmasından imtina edilməsi, məhkəmə qərarlarının icra olunmaması və digər məsələlərlə əlaqədar olub.
«Eyni zamanda, şikayətlərdə yerli icra hakimiyyəti orqanları, məhkəmələr, hüquq mühafizə orqanları, həmçinin vəzifəli şəxslər tərəfindən vətəndaşların pozulmuş hüquqlarının və qanuni maraqlarının bərpa edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməməsi barədə məlumat verilir", - Abdullayev deyib.
F.Abdullayev əlavə edib ki, Konstitusiya Məhkəməsinə daxil olan 819 (2011-ci il üzrə 611; 2012-ci ilin I yarısı üzrə - 208) ərizə və şikayət Konstitusiya Məhkəməsinin səlahiyyətlərinə aid olmadığına görə aidiyyəti üzrə müvafiq dövlət orqanlarına və ya vətəndaşlara Konstitusiya Məhkəməsinin səlahiyyətləri izah edilməklə 790 (2011-ci il üzrə 483; 2012-ci il iyul ayının 1-dək - 307) cavab məktubu göndərilib.

Ekspertlər hesab edirlər ki, Konstitusiya Məhkəməsində baxılan fərdi şikayətlərin azalmasının bir neçə səbəbi var. Birincisi, ola bilsin ki, şikayətlər mahiyyəti üzrə deyil, məhkəmənin səlahiyyətləri xaricindədir və ya şikayətlərin hazırlanmasında, göndərilməsində prosedur qaydalara riayət olunmayıb.
İkincisi, Kontsitusiya Məhkəməsi ölkədə şikayətlərin aşağı məhkəmə instansiyalarında baxılaraq ədalətli qərar çıxarıldığı görüntüsünü yaratmaq üçün daha az müraciətə baxmaqda maraqlıdır.
Üçüncüsü, əvvəlki illərdə vətəndaşların şikayətlərinin geri qaytarılması digər vətəndaşlarda Konstitusiya Məhkəməsinə inamı azaldıb və bu quruma müraciətdən vaz keçiblər. Sayın azalmasına bu da səbəb ola bilər.
Nəhayət, vətəndaşların hələ də böyük əksəriyyətində Konstitusiya Məhkəməsinə fərdi şikayətlərin edilməsi barədə bilgi yoxdur.

«Hüquq və İnkişaf» İctimai Birliyinin sədri Hafiz Həsənovun sözlərinə görə, Konstitusiya Məhkəməsinə edilən müraciətlər sırasında fərdi şikayətlərin az olması vətəndaşların bu quruma fərdi şikayətlərin edilməsi qaydaları və mahiyyəti barədə az məlumatlı olmalarıdı: «Konstitusiya Məhkəməsinə 3 halda müraciət etmək olar. Bütün məhkəmə instansiyalarını keçdikdən sonra, məhkəməyə müraciət hüququ pozulduqda və nəticəsi ağır, bərpa olunmayan məsələlərlə bağlı birbaşa. Məsələn, seçkilərlə bağlı Konstitusiya Məhkəməsinə birbaşa müraciətlər olunur. Seçki hüququnun pozulmasını aşağı məhkəmə instansiyalarında araşdırmaq aylarla vaxt tələb edir. Vətəndaş bunu gözləyə bilməz. Bu halda birbaşa Konstitusiya Məhkəməsinə şikayət olunur. Bir çox vətəndaşın ümumiyyətlə belə bir institutun mövcudluğu haqqında məlumatları yoxdur. Konstitusiya Məhkəməsinə fərdi şikayətlərin edilməsilə bağlı Bakı şəhərində və regionlarda aparılan təbliğat işlərinin müəyyən müsbət təsirləri olsa da, boşluqlar qalmaqdadır. Məlumatlandırma, təbliğat işləri sistemli şəkildə aparılmalıdır».

H.Həsənov rəhbəri olduğu qurumun məhz bu zərurəti nəzərə alaraq ATƏT-in Bakı ofisinin dəstəyilə «Konstitusiya Məhkəməsinə fərdi şikayətlərin verilməsinə dair hüquqi maarifləndirmə» layihəsini həyata keçirib: «Amma sonradan belə qənaətə gəldilər ki, bu sahədə camaat kifayət qədər maariflənib. İndisə məlum olur ki, maarifləndirmə işləri davam etdirilməlidir».
Hüquqşünas Konstitusiya Məhkəməsinin geri qaytardığı müraciətlərə şablon cavablar yazdığını da diqqətə çəkir: «Bir qayda olaraq yazırlar ki, bu işdə konstitusion hüququn pozuntusu yoxdu, şikayət işin faktiki araşdırılmasını tələb edir və s».

Ruslan Xəlil








27 İyul, 2012  15:21 Baxılıb: 2944 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner