Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Günel Mövlud: “Axundovun məzarı”

Axundovun tarixçəsi həmişə bizim əleyhimizə işləyəcək. Bu gün bu utancı biz yaşayırıqsa, sabah gələcək nəsillər yaşayacaq

Bu günlərdə ictimaiyyətçi Azərbaycan gəncliyi və bir qrup gənc ziyalı ilə Azərbaycanın ən görkəmli fikir adamlarından biri Mirzə Fətəli Axundovun məzarını ziyarət eləməyə getdik. Onun məzarının Tiflisdə olduğunu yəqin ki, bilməyən yoxdur. Tiflisdə, Botanika bağında təkcə Mirzə Fətəlinin deyil, bir neçə azərbaycanlı ziyalının da məzarları var. Gəncədə doğulub, yaşamış, sonra faciəvi bir sevgi hekayəti üzündən Tiflisə köçən şair Mirzə Şəfi Vazehin məzarı da həmçinin.

Tiflis həmişə azərbaycan ziyalılarının sığınacağı olub. Diriykən canlarının, öləndən sonra məzarlarının.

Heç bir təntənə-filan olmadı. Çəkilişsiz, çıxışlarsız, rəsmiyyətsiz bir ziyarət oldu. Məzarların üstünə gül qoyub, geri qayıtdıq.

Məzarların yerləşdiyi Botanika bağı çox hündür bir təpədə yerləşir. Bağ çox gözəl və səliqəlidir. O məzarlar azərbaycanda olsaydı, çətin ki, o yerdən daha gözəl, mənzərəli yer tapıla idi onlar üçün.

Amma məsələ bunda deyil. Məsələ ədəbiyyatımızı gözəllərin qaş-gözünün, mərmər sinəsinin, incə belinin təsvirindən çıxarıb, ciddiləşdirən, bəşəriləşdirən, öz pyesləri ilə Azərbaycan dramaturgiyasının əsasını qoyan, insanları elmə, kitaba səsləyən Azərbaycan ziyalısının o şərtlər altında qürbətdə dəfn olunmasıdır. Öz ziyalısını, fikir adamını dəfn etməyən, onun şərəfli ruhuna sahib çıxmayan xalq bunun utancını həmişə yaşamağa məhkumdur. Biz bu utancı həmişə yaşayacağıq. Axundovdan danışanda dilimiz həmişə gürcülərin yanında qısa olacaq. Axundovun tarixçəsi həmişə bizim əleyhimizə işləyəcək. Bu gün bu utancı biz yaşayırıqsa, sabah gələcək nəsillər yaşayacaq.

Həmin gün, bizimlə o təpəyə qalxanların arasında Axundovu tanımayan bir orta yaşlı adam vardı. Onun Axundovun məzarının ziyarət eləmək fikri yox idi, o eləcənə bizimlə yanaşı addımlayırdı. Və günün altında üzüyuxarı qalxdıqca istidən, yorğunluqdan canından bezən bu sadə adam dünyanın ən sadə sualını verdi:

- Bu adam neyləyib ki, onu gətirib, burada basdırıblar?

Amma biz bu sadə sualın cavabını tarix boyu verə bilməyəcəyik.






20 İyul, 2012  17:22 Baxılıb: 1772 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner