Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

GƏNC ŞAİRLƏRİN HƏBSİNDƏ ADI HALLANAN AYB ÜZVÜ SİMSAR.AZ-A DANIŞDI

“Bizi özümüzə döydürmək istəyirlər”

“İranda saxlanılan şairlər Şəhriyar del Gerani və Fərid Hüseynin həbsində mənim adımı hallandıranlar xalqın düşmənləridi. Yazılanlara aldanmayın. Bizi özümüzə döydürmək istəyirlər”.

Bunu Simsar.az-a açıqlamasında Azərbaycan Yazıçılar Birliyində Güney Azərbaycan şöbəsinin rəhbəri postunu tutan Sayman Aruz (Həsənzadə) bildirib.

Qeyd edək ki, ölkənin bir sıra xəbər saytlarında şairlərimizin İrana AYB Güney Azərbaycan şöbəsinin rəhbəri tərəfindən göndərilməsi barədə məlumatlar dərc olunub. 

Məlumatda qeyd olunur. Sayman Aruz (Həsənzadə) 21 mart 1977-ci ildə Cənub Azərbaycanın Sulduz şəhərində anadan olub. Orta təhsilini bitirdikdən sonra Təbriz Azad Universitetinin Kənd təssərufatı fakultəsinə daxil olub. Kiçik yaşlarından xiyabanda kitab satmağım məşqul olub. Dünya Azərbaycanlıları Yazarlar Qurumunun (DAYAQ ) təsisçisi və rəhbəridir.

2004-2005-ci illərdə İranın Azərbaycandakı səfmirliyində İran Mədəniyyət Mərkəzində işləyib. Təxminən 4 il bu mərkəzdə işlədikdən sonra müəmmalı şəkildə İrana qayıdıb. Daxil olan informasiyalara əsasən İran Mədəniyyət Mərkəzində işlədiyi zamanlarda onu hər kəs fars-molla rejiminin casusu kimi tanıyıb. İranda yaşadığı dönəmləri isə kifayət qədər qaranlıqdır. Daxil olan xəbərlərə əsasən sonradan Bakıya şair obrazında qayıdan sayman Aruz artıq AYB-də belə yüksək post tuta bilib. O hazırda Azərbaycanda yaşayır və ailəlidir.


Məlumatda həmçinin  bildirilir ki, mayın 2-də İranda həbs edilmiş gənc şairlərimiz Şəhriyar del Gerani və Fərid Hüseynin səfərinin bütün təşkilatçılığını məhz Sayman Aruz edib. Onların bütün dosyelərini əvvəlcə İrana yollayıb. ETTELLAT-dan gələn cavab «müsbət» olub. Bundan sonra isə guya Təbrizdə hansısa ədəbiyyat tədbirinə dəvət edilib. Və səfərin bütün xərclərini də S.Aruzun çəkdiyi söylənilir(?).


S.Aruz simsar.az-a açıqlamasında qeyd edib ki, şairlərin İrana getməsindən xəbəri olmayıb: “Mənim bundan xəbərim olmayıb.
Gələndə hər şeyi özlərindən soruşarsız. İnşallah!”.

AYB üzvü sonda əlavə etdi ki, barəsindəki yazı sifarişlidir: “Barəmdəki yazı sifarişlə yazılıb. Sifarişçilər tapılacaq”.

RUSLAN






19 İyul, 2012  23:58 Baxılıb: 1149 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner