Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Günel Mövlud: “Sevgi”

Həmkarımızın illərlə apardığı mübarizəyə baxmayaraq, sən demə bu gün təkcə onun üçün dəyərli imiş. Mətbuat, televiziya, ictimai sektor bu barədə ağzına su alıb susdu.




Hörmətli həmkarımız Əvəz Zeynnallının həbsdə olmağı bu il mətbuatdan daha çox sevənlərə, sevgi məsələsində təqvimə önəm verənlərə təsir elədi. Adolf Hitlerin «Mənim Savaşım» kitabını azərbaycan dilinə çevirən həmkarımız neçə il idi ki, sevigililər günü məsələsində ortaya Hitlerin mövqeyindən də qəti və sərt bir mövqe qoymuşdu: bu gün milli, özünəməxsus olmalıdır, vəssalam! Yəni ki, bizə nə xalxın Valentinindən, evlənə bilməyib, vüsal arzusu ilə həsrət alovunda qıvrım-qıvrım qıvrılan gənclərindən? Öz həyatını təhlükəyə atıb, onlara kəbin kəsən rahiblərdən-zaddan? O kafir balaları getsinlər, öz sevgililər gününü nə vaxt, kimin şərəfinə keçirirlər, keçirsinlər. Bizim isə özümüzün məxsusi, özümüzə, adımıza-sanımıza yaraşan Sevgililər günümüz olmalıdır. Yəni milli sevənlərimizin, milli əlamətdar günü. Sitatın sonu. Yəni, bunları indi həbsdə olan hörmətli həmkarımız deyirdi.
Adamın üstündə Allah var. Əvəz müəllim söhbəti bilirdi. Düzdü də, bizim türkün sözü, haramızı qaldırırsan, bir sevgi dastanı çıxır. Koroğlu-Nigar, Leyli-Məcnun, Əsli-Kərəm, Nəbi-Həcər və s. kimi tarixi cütlüklərimizin bir-birilərinə bəslədikləri ülvi sevgilər kimin sevgisindən əskikdir? Elə təkcə Kərəmin Əsli məsələsində üzləşdiyi məişət faciəsi (oxu: Əslinin düymələrinin açılmaması) nəyə desən dəyər. Amma yox, bu hadisə daha çox Nakamlıq Günü-nə uyğun gəlir. Leyli ilə Məcnunu da sevgisi nakamlıq qəbilindəndir.
Koroğlu-Nigar və Nəbi-Həcər cütlükləri bir-birilərinə qovuşsalar, türklər demiş sıcaq yuva qurmuş olsalar da , onların da tarixçələri bir az ziddiyyətlidir. Nəzərə alaq ki, onların sevgi tarixçələri yaşadıqları dövrün hakim qanununa zidd olduğu (adamlar qaçaq idi hər halda, o vaxtların yerli hökumətinin əleyhinə fəaliyyət göstərirdilər) üçün onların sevgilərin də daha çox «kriminogen sevgilər» silsiləsinə aiddir. Əgər onların sevgilərini əbədiləşdirsək və qeyd eləsək, bu müasir gəncliyi arzuolunmaz hərəkətlərə həvəsləndirə bilər ki, atəşkəs rejimində yaşadığımız bir vaxtda buna heç bir ehtiyac yoxdur.
Hələ bir məsələ də var: biz hətta bütün maneələrə baxmayaraq, bu tarixi cütlüklərin sevgilərini Sevgililər günü kimi qeyd etməyə razı olsaq da, alınmır. Axı, üzüm ayağınızın altında, heç birinin bir-birinə vurulduqları, ilk sevgi etirafı etdikləri, «həri» və ya nişan, toy və ya vüsal günlərinin dəqiq tarixi məlum deyil. Odur ki, biz təqvim baxımından da xeyrimizə işləyən bir müasir sevgi tarixçəsi tapmalıydıq ki, bu məsələdə də Əvəz müəllim «durnanı gözündən» vurmuşdu.

Amma bu il Əvəz müəllimin həbsdə olması səbəbi ilə milli Sevgililər Günümüzün diqqətdən kənarda qalması faktına çox məyus oldum. Həmkarımızın illərlə apardığı mübarizəyə baxmayaraq, sən demə bu gün təkcə onun üçün dəyərli imiş. Mətbuat, televiziya, ictimai sektor bu barədə ağzına su alıb susdu.
Söhbətin nədən getdiyini anlamadınızsa, xatırladım - bu gün 30 iyun - yəni Milli Sevgililər Günüdür.








30 İyun, 2012  17:18 Baxılıb: 1870 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner