Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

KOLANIN TƏRKİBİ AÇIQLANDI

Araşdırma zamanı bu növ içkilərdə bir çox ziyanlı maddələrlə yanaşı spirt də aşkarlanıb

Cola məhsullarının əksəriyyəti insan orqanizminə ziyan vurur. Simsar.az-ın məlumatına görə, bu barədə Fransanın"60 Millons da consommateurs" (“60 milyon istehlakçı”) adlı jurnalı Fransa Milli İstehlak Təşkilatının rəyinə əsasən məlumat yayıb. Təşkilatın 19 kola məhsulunun tərkibi ilə bağlı apardığı araşdırması zamanı sərinləşdirici içkinin ziyanlı olması ilə yanaşı tərkibində az miqdarda olsa da spirt tapılıb.

Araşdırmaya görə ən böyük təhlükə koladakı şəkərin miqdarı ilə bağlıdır. 19 növ içkinin (“Coca-Cola”, “Pepsi”, “Auchan”, “Cora”, “Casino”, “Leader Price”, “Man U-Cola” və s.) tərkibində şəkər, dadlandırıcı qatqı maddələri, kafein və spirtə rast gəlinib. Əksəriyyətində bir litrdə 100 qramdan çox şəkərin olduğu məlum olub. «Light»-ın tərkibində isə dadlandırıcının miqdarının «orqanizmə ziyan vuracaq qədər çox» olduğu üzə çıxıb. Təşkilat şəkərin çox olmasının da diabet və ürək damar xəstəliklərinə yol açdığını vurğulayır.

Araşdırmaçılar cola içkilərinin tərkibində darçın, Hindistan qozu, sitrus bitkiləri və meyvələr də tapıblar. Onlar bəzi insanların bu kimi meyvə və bitkilərə allergiyasının olduğunu xatırladır. Əvvəl qazlı içkilərin tərkibində aşkarlanmayan «terpen» adlı maddənin də də kola içkilərində istifadə olunduğu məlum olub. Digər maddə isə kanservant olaraq qəbul edilən fosfor turşusu və amonium sulfat karamel E 150D adlı qida rəngləndiricisidir.

Ən çox təəccüb doğuran sərinləşdirici içkilərin tərkibində spirtin olması olub. Aralarında “Coca-Cola”, “Pepsi-Cola”, “Light Coke” və “Coke Zero”-nun olduğu 10 içkinin tərkibində spirtə rast gəlinib. Amma mütəxəssislər bunun spirtli içki kimi qəbul edilən içkilərlə müqayisədə çox aşağı 0.001 faiz olduğunu bildiriblər.

Fransadakı “Coco-Cola” firmasının direktoru Mişel Pepi «gizli tərkibin dəyəri»nin bəzi məqamlarda spirtlə bağlı ola biləcəyini qeyd edib. Pepsi firmasından isə məhsulun tərkibində spirtin olması ilə bağlı iddia rədd edilib.

Tərkibi açıqlayan araşdırmaçılar bu içkidən içtifadə edənlərə «səbr» arzulayıb.

Xatirə






28 İyun, 2012  15:55 Baxılıb: 2666 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner