Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

MARQARİNLİ, KİMYƏVİ QATQILI VƏ VİTAMİNLİ DONDURMALAR.. – ARAŞDIRMA

Eyyub Hüseynov: «Dondurmanın 2-3 ay saxlanması doğru deyil»

Fazil Talıblı: «Tələbat çoxaldıqca «işbazlar» da artır»

Yayın qızmar günündə sussuzluğumuzu yatırmaq, içimizi sərinlətmək istəyi baş qaldıranda ilk ağlımıza gələn dondurma olur. Bu zaman bir çox hallarda keyfiyyət məsələsi arxa plana keçir. Satışda saysız çeşidlərinə rast gəldiyimiz dondurmaların nə saxlanma müddətinə baxırıq, nə də hazırlanma texnologiyası ilə maraqlanırıq.

Haşiyəyə çıxıb dondurmanın tarixi ilə tanış olaq. Bəzi məlumatlara görə, dondurmanın resepti Marko Polo tərəfindən Çindən İtaliyaya aparılıb. Digər rəvayyətlərdən birinə görə, I Karl təşkil etdiyi banketlərdən birində qeyri-adi bir təam hazırlatdırmaq niyyətinə düşür. Bu məqsədlə də onun aşpazı DeMarko belə bir resepepti hazırlayır. Qarı xatırladan qida hamının təəccübünə səbəb olur. Karl aşpaza sirri heç kimə açmamağı əmr edir və bunun müqavilində ona ayda 500 funt maaş kəsir. O, bu desertin təkcə kral ailəsinə mənsub olmasını istəyir. I Karlın ölümündən sonra isə dondurmanın sirri açılır.
Başqa mənbələrdə isə dondurmanın islam ölkələrində hazırlandığı bildirilir. O zaman dondurmaya ərəbcə qaymaq mənasını verən «qəşdə» deyirdilər. XII əsr mənbələrində qəşdə satıcılarına xüsusi nəzarətin olduğu ilə bağlı məlumatlar var. Qəşdənin saxlanması üçün buzun da müsəlmanlar tərəfindən hazırlandığı qeyd olunur.

Vitaminlərlə zəngin olan dondurmanın insan orqanizminə xeyri çoxdur. Dondurmanın tərkibində karbonhidrat, protein, yağ kimi maddələr, maqnezium, fosfor, sodium, postatium, dəmir, sink kimi minerallar, A, D, C, E və B qrupu vitaminləri var ki, bütün bunların əsasən uşaqlar üçün faydası çoxdur. Dondurmanın təkcə yay aylarında deyil, müntəzəm olaraq yeyilməsi uşaqlarda vitamin çatışmazlığını aradan qaldıra bilər. Lakin bunlar heç də dondurmanın ziyansız olması demək deyil.
Bəzən pulunu verib aldığımız dondurmalar şəkər tozu qatılaraq, dondurulmuş süd təəssüratını yaradır, bəzənsə həddindən artıq şririn olur. Ötən il də dondurmaların keyfiyyətsizliyi ilə bağlı bir neçə fakt üzə çıxmış, tonlarla «Lunnıe noçi», «Eskimo»,»Maksima», “XXI əsr», «Prestige», «Domino» satışdan çıxarılaraq, məhv edilmişdi. Hətta dondurma istehsalı ilə məşğul olan bir neçə şirkət bağlanmış, saxlanma müddətinin normativ sənədlərdəkindən artıq yazılması ilə bağlı həsblər olmuşdu.
Çox güman ki, bu kimi faktlar bu il də Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsini dondurma və sərin suaların keyfiyyəti ilə bağlı monitorinqlərə başlamağa sövq edib. Komitənin rəhbəri Ramiz Həsənov bu barədə açıqlama verərək, yaxın günlərdə yoxlamaların başlanacağını bildirib.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseyenov da bu sahədə vəziyyətin ürəkaçan olmadığını deyir. Onun sözlərinə görə, Birliyin apardığı monitorinqlərin nəticəsində satışda çoxsaylı keyfiyyətsiz dondurmalar olduğu məlum olub. Daha acınacaqlı vəziyyət isə onların saxlanma qaydalarına doğru əməl edilməməsidir: «Dondurmalar satışda 2-3 ay saxlanılır. Bu, onlara kimyəvi maddələrin vurulması ilə bağlıdır. Əslində dondurmanın bir həftədən çox saxlanması düzgün deyil. Bəzi dondurmalar isə həddindən artıq yağlı olur. Bu da, onlara marqarin qatılması ilə bağlıdır».
Reginonlarda vəziyyətin daha pis olduğunu deyən Birlik sədri qeyd etdi ki, keyfiyyətsiz məhsulların rayonlara göndərilməsi dövlətin bununla bağlı koordinasiyalı siyasətinin olmaması ilə bağlıdır.
E.Hüseynovun sözlərinə görə, keyfiyyətsiz dondurmalar insan orqanizmində müxtəlif xəstəliklərin yaranmasına səbəb ola bilər. Bu xüsusilə mədə-bağırsaq xəstəliklərinə yol açır: «Gün ərzində 3-4 dənədən artıq dondurma yemək olmaz. Çünki, dondurma insan orqanizminin temperaturunu aşağı salır».

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı da satışda keyfiyyətsiz məhsulların olduğunu istisna etmir: «Yay fəslində dondurmaya tələbat artdıqca, dırnaqarası işbazlar da artır, qeyri-qanuni sexlər açılır, uyğunluq sertifikatı olmayan məhsullar istehsal edilir. Lakin Komitəsinin yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti fəaliyyət göstərir və bu kimi faktlarla mübarizə aparır».
F. Talıblının bildirdiyinə görə, dondurma istehsalı ilə bağlı mili standartlar mövcuddur. Burada məhsulun görnüşü, mikrobiologiyası, ağır metallara tələbatı, saxlama müddəti ilə bağlı qaydalar öz əksini tapıb.
Dondurmaların saxlanma müddəti ilə bağlı Komitə sədrinin dedikləri isə fərqli oldu. O, bildirdi ki, qida əlavələri olmadan dondurmalar 1-2 ay saxlana bilər. Səhiyyə Nazirliyinin icazəsi ilə qida əlavələri qatıldıqda isə bu müddət bir ilə qədər uzanır.
Bəzən dondurmaların antisanitariya şəraitində saxlandığının və satıldığının şahidi oluruq. Mütəxəssislər isə bildirilər ki, dondurmanın saxlanma şəraitinə xüsusi diqqət yetirmək lazımdır. Çünki, onun tərkibindəki süd mikrobları özünə daha tez cəlb edir. Bu üzdən də dondurma alan şəxs onu haradan aldığına da diqqət yetirməlidir.

Xatirə







19 İyun, 2012  16:02 Baxılıb: 1707 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner