Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

KƏNDİN İNKİŞAF STRATEGİYASI - MÜZAKİRƏ

Bununla bağlı dövlət proqramının hazırlanmasına ehtiyac var 

Bələdiyyələrin İnkişafına Naminə QHT Alyansı (BİNA) bu gün “Kəndin inkişafında bələdiyyələrin rolu” mövzusunda dəyirmi masa keçirib. Müzakirələrdə deputatlar, hökumət qurumlarının təmsilçiləri, beynəlxalq təşkilatların, bələdiyyələrin və yerli QHT-lərin nümayəndələri, habelə müstəqil ekspertlər iştirak edib.

Dəyirmi masanı giriş sözü ilə açan Alyansın koordinatoru Azər Mehtiyev bildirdi ki, ərazi və əhali baxımından kənd yaşayış məskənlərinin üstün olduğu Azərbaycan kimi ölkələrdə tarazlı regional inkişafın təmin olunması, xüsusilə yoxsulluqla mübarizə tədbirlərinin effektivliyi kənd ərazilərinin inkişafının hökumət üçün nə dərəcədə prioritet olmasından bilavasitə asılıdır. Kənd mühitində yaşayış o zaman insanlar üçün cəldbedici olur ki, onların iqtisadi və sosial ehtiyacları qarşılanır. A.Mehtiyev bildirdi ki, ölkəmizdə kənd inkişafı məsələsi nə dərəcədə hökumətin gündəmində olduğunu və bu işə hansı qurumların cəlb edildiyini aydınlaşdırmaq üçün Alyans “Kənd inkişafında bələdiyyələri rolu: dünya təcrübəsi və Azərbaycan” adlı analitik araşdırma hazırlayıb. O qeyd edib ki, araşdırma Alyansın Oksfam-Azərbaycan təşkilatının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Azərbaycanda bələdiyyələrin təşkilatı və institusional qabiliyyətlərinin gücləndirilməsi” layıhəsı çərçivəsində həyata keçirilib. Araşdırma kənd inkişafı ilə bağlı aşağıdakı suallar üzrə aparılıb: i) kənd inkişafı nədir və hansı istiqamətləi var? ii) kənd inkişafını kim (hansı qurumlar və subyektlər) idarə etməlidir? iii) bu inkişaf hansı alət və vasitəlrlə idarə olunmalıdır? iv) idarəetmədə hansı resurslardan istifadə olunur və bunların mənbələri hansılardır? Tədqiqatda xarici təcrübə və Azərbaycanda mövcud durum əsasında həmin suallara cavab axtarılır.

Araşdırmanın müəllifi, Alyansın ekspert Rövşən Ağayev araşdırmanın məqsəd və strukturu, məzmunu və Alyansın tövsiyələri barədə təqdimatla çıxış edib. R. Ağayev ölkəmizdə kənd inkişafının durumunu xarakterizə edən statistik məlumatlar açıqladı. Rəsmi statistikaya görə, ölkədə 4200-dən artıq kənd yaşayış məntəqəsi mövcuddur. Ölkə ərazisinin təxminən 75%-i, əhalinin isə tam yarısı (4,5 milyon nəfər) kəndlərin payına düşür. DSK-nın ev təsərrüfatlarının abadlıq şəraiti ilə əlaqədar apardığı müayinənin nəticələri göstərir ki, kəndlərin təchizatı şəhərlərlə müqayisədə daha pisdir. Məsələn, kəndlərin cəmi 46%-i su kəmərlərilə təchiz olunub (şəhərlərdə 97%-dir). Kənd yerlərində bir nəfərə düşən mənzil sahəsi cəmi 14 kvadratmetrdir. Şəhərlərlə müqayisədə təhsil sisteminin də göstəriciləri xeyli zəifdir. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının məlumatlarının təhlili göstərir ki, kənd ümumtəhsil məktəbinin hər 100 məzunundan ən yaxşı halda 12-13 nəfəri, şəhər məktəblərinin (rayon mərkəzləri də daxil olmaqla) 34-35 nəfəri ali təhsil ala bilir. Ölkənin 60-dək kənd rayounundan 31-də içməli və məişət məqsədli su istehlakının adambaşına düşən faktiki həcmi Dünya Səhiyyə Təşkilatının müəyyənləşdirdiyi minimum yolverilən kritik həddən (20 litr) daha azdır. Məsələn, təmiz içməli su istehlakının adambaşın sutkalıq faktiki həcmi Yardımlı və Astara rayonları üzrə 2, Lənkəran və Gədəbəy rayonları üzrə 4, Balakən və Ağstafa rayonu üzrə 6, Samux və Şəmkir rayonları üzrə 7 litr təşkil edir.
R. Ağayev qeyd etdi ki, dünyanın əksər ölkələrindən fərqli olaraq Azərbaycanda bilavasitə kənd inkişafına məsul olan, müxtəlif mərkəzi hakimiyyət orqanlarının bu sahədə səlahiyyətlərinin həyata keçirilməsini əlaqələndirən ixtisaslaşmış dövlət qurumu yoxdur.
R.Ağayev bildirdi ki, adətən kəndin iqtisadi və sosial inkişafı bir-birindən fərqləndirilir: iqtisadi inkişaf kənd yerlərində bu və ya digər iqtisadi fəaliyyət növlərinin mövcudluğu, sosial inkişaf isə kənddə yaşayan əhalinin həyat fəaliyyəti şərtlərinin formalaşması və insan kapitalının inkişafı ilə əlaqədardır. Dünya təcrübəsində bir qayda olaraq yerli özünüidarə qurumları hər 2 istiqamət üzrə inkişafın təmin olunmasında yetərincə səlahiyyətə və maliyyə resurslarına malik olurlar. Araşdırma göstərir ki, hazırda Azərbaycanda kənd inkişafı məsələlərində bələdiyyələrə ciddi bir rol və vəzifə ayrılmamışdır. Halbuki dünya təcrübəsində kənd inkişafı siyasəti ali və mərkəzi hakimiyyət orqanları tərəfindən həyata keçirilsə də, belə siyasətin icrası bilavasitə yerli hakimiyyət olan bələdiyyələrə həvalə olunur.
Alyans hesab edir ki, keçid mərhələsini yaşayan ölkələrdə kənd inkişafının təmin olunması və bu prosesdə bələdiyyələrin rolunun gücləndirilməsi bilavasitə mərkəzi hökumətin qəbul etdiyi siyasət qərarlarından asılıdır. Qarşıya qoyulan hədəfə yetişmək üçün həmin qərarlar 2 mühüm istiqaməti əhatə etməlidir:
1. Kənd ərazilərinin sosial-iqtisadi inkişafına təminat verən mexanizmlərin formalaşdırılması. Bu istiqamət çərçivəsində hökumətin aşağıdakı addımlar atması zəruridir:
• Kənd inkişafına dair milli strategiyanın və həmin strategiyaya uyğun orta, həmçinin uzunmüddətli dövlət proqramlarının işlənməsinə ehtiyac var;
• Pilot kəndlərin seçimi əsasında kənd inkişafı modeli yaradılmalı və həmin model təbliğ olunmalıdır;
• Kənd yerlərinin yaşayış üçün cəlbediciliyini artırmaq üçün mənzil tikintisinin stimullaşdırılmasına, xüsusilə də kənd yerlərində gənc ailələrin və gənc mütəxəssislərin mənzilə əlçatanlığının artırılmasına ehtiyac var;
• Kənd təsərrüfatına yararlı torpaqların keyfiyyətinin artırılması üçün ayrıca dövlət proqramının işlənməsinə ehtiyac var;
• Kənd ərazilərinin inkişafına dair ayrıca qanun qəbul edilməlidir. Bu qanunda kənd inkişafı sahəsində dövlət siyasətinin istiqamətləri, prinsipləri və siyasət mexanizmləri əks olunmalıdır.
2. Kənd ərazilərinin effektiv idarə olunmasına təminat verən instiusional mexanizmlərin formalaşdırılması:
• Hökumətin tərkibində kənd inkişafına bilavasitə məsuliyyət daşıyan və bu sahədə müvafiq siyasəti həyata keçirən qurumun (təsisatın) formalaşdırılmasına ehtiyac var;
• Kənd idarəçiliyindəki paralelliyin aradan qaldırılması, kəndlər səviyyəsində icra hakimiyyəti təmislçilərinin ləğvi və bəldəiyyələrin vahid ərazi idarəetmə orqanı kimi saxlanması zəruridir;
• Bələdiyyələrin kənd inkişafında rounun güclənməsi üçün kənd idarəçiliyində iştirak edən nativ institutların formalaşması və fəaliyyət üçün dövlət dəstəyi mexanizmləri işlənib hazırlanmalıdır.
• Missiyası bilavasitə kənd ərazilərinin sosial-iqtisadi inkişafı ilə bağlı maliyyə ehtiyaclarının qarşılanması olan və hökumətin maliyyəsi hesabına fəaliyyət göstərən institutlar formalaşdırılmalıdır (məsələn, “Kənd Ərazilərinin İnkişafı Fondu”).
Müzakirələrdə çıxış edənlər Alyansın araşdırmasını və tövsiyələrini yüksək qiymətləndirərək son dərəcə faydalı və əhəmiyyətli olduğunu qeyd etdilər.
Milli Məclisin Aqrar siyasət Komitəsinin məsləhətçisi Zahid Abbasov araşdırmada kənd inkişafı ilə bağlı ortaya qoyulan yanaşmanın əhəmiyyətini vurğuladı. Onun fikrincə, araşıdırmada qaldırılan məsələlər, orada verilən xarici təcrübələr və Alyansın tövsiyələri kənd inkişafı və bələdiyyələrlə bağlı qanunvericilik və normativ sənədlərin hazırlanmasında faydalı olacaq.
Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri İslam İbrahimov Alyansın araşdırmasını həm nəzəri, həm də praktiki baxımdan çox faydalı bir məhsul adlandırdı. O, xüsusilə xarici ölkələrdə kənd inkişafının müasir meyllərinin və bu sahədə dövlət siyasətinin əsas məsələlərinin araşdırmada geniş verilməsini alqışladı. İ.İbrahimovun fikrincə kənd regionlarının, kəndlərin və kənd təsərrüfatı istehsalının inkişafı məsəllələrinə kompleks yanaşılmalıdır. O, Azərbaycan kəndlərinin üzləşdiyi problemlər barədə danışdı. Ölkəmizdə bələdiyyələrin səlahiyyətləri və maliyyə imkanları genişləndirilməsə onlar kənd inkişafında əhəmiyyətli rol oynaya bilməyəcəklər.

Bakı şəhərinin Yasamal rayon bələdiyyəsinin sədr müavini Əli Əkbərli hazırda bələdiyyə idarəçiliyi sahəsində mövcud problemlərdən, xüsusilə kadr və maliyyə problemlərindən danışdı. O belə problemlərin kənd yerlərində daha qabarıq özünü göstərdiyini vurğulamaqla yanaşı, bunların həlli istiqamətində ölkədə həyata keçirilən işlər barədə məlumat verdi.


Vətəndaş Cəmiyyəti Uğrunda Mərkəzinin rəhbəri Eldar İsmayılov kənd əhalisinin miqrasiyası, kənd yerlərində yaşayanların şəhərlərə axını prosesinin təhlükəli olmadığını vurğuladı. O bildirdi ki, xarici ölkələrin təcrübəsi də göstərir ki, ölkə əhalisinin əksər hissəsi şəhərlərdə və qəsəbələrdə yaşayərlar. Kənd əhalisi üçün kənd təsərrüfatı istehsalından əlavə məşğul olmaq üçün sahələrin inkişafına diqqət yetirilməli, kənd yerlərində təhsil və səhiyyənin inkişafına diqqət artırılmalıdır.
“Demokratiyanı öyrənmə” ictimai Birliyinin rəhbəri Mirəli Hüseynov hazırda insanları kəndlərdən qaçmağa məcbur edən problemlərin həllinə sistemli yanaşmanın zəruriliyini xüsusi olaraq vurğuladı. Onun fikrincə, kəndin problemlərinin həlli və kənd inkişafı sahəsində irəliləyişlərə nail olmaq üçün bəlkədiyyələrin bu sahədə səlahiyyətləri və məsuliyyətləri artırılmalı, onlara real maliyyə bazası yaradılmalıdır.
Sonda qeyd edildi ki, Alyans araşdırmanı və işlənilmiş tövsiyələri bütün maraq qruplarına, xüsusilə hökumət qurumlarına çatdıracaq.






13 İyun, 2012  20:09 Baxılıb: 1550 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner