Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

ƏN RİSKLİ YEMƏK – DÖNƏR - ARAŞDIRMA

Dönərlə bağlı qadağalara əhəmiyyət verilmir

Müasir insanın qida rasionunun ayrılmaz hissəsi olan ayaqüstü yeməklərin orqanizmə zərəri barədə çox danışılıb-yazılsa da, iyi ətrafı bürüyən dönər köşklərinin yanından keçəndə nəfsimiz ağlımıza güc dəlir. İnsanların nahar etmək üçün restorana, kafelerə üz tutmaq imkanı olmadığından dönərxanalara üz tutur. Bəzilərimizsə bu yağlı, duzlu, mayonezli, tomatlı yeməyi sevirik. Sadaladığımız komponentlərin hamısının orqanizm üçün ziyanlı olduğunu bilsək belə.

Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemologiya Mərkəzinin Qidalanma bölməsinin müdiri İmran Abdullayev mətbuata açıqlamasında bildirib ki, dönər hazırlanarkən ət düzgün emal olunmadığı üçün onda olan mikroorqanizmlər nəinki məhv olmur, hətta artır, bu da istənilən xəstəliyin yaranmasına səbəb olur. Dönər hazırlanan aparatın üzərində olan ət gün ərzində burada qalır. Ətin üst qatı bişsə də, içində yüksək temperatur əmələ gəlir. Bu cür temperatur isə mikrobların inkişafı üçün əlverişli şərait yaradır. Digər tərəfdən, havasızlıq bakteriyaları artırır. Ətdən ayrılan suyun qaba tökülməsi, sonradan ətə qarışıb, istehlakçıya verilməsi də burada zərərli mikroorqanizmlərin artmasına şərait yaradır. İ.Abdullayevin sözlərinə görə, dönər texniki emala məruz qalan ən riskli yeməklərdən biridir.

Hazırda dönər əsəsən mal ətindən hazırlanır. 2006-cı ildə «quş qripi» xəstəliyi yayıldığına görə, toyuq dönərləri qadağan edilib. Azərbaycanda aparılan monitorinqlər «quş qripi» təhlükəsinin sovuşduğunu göstərsə də, toyuq dönərinə qoyulan qadağa hələ aradan qaldırılmayıb. Ekspertlər hesab edirlər ki, ət dönəri ziyanına görə, heç də toyuq dönərindn geri qalmır. Qadağa varsa, hər iki dönərə tətbiq olunmalıdı.

Qadağalara baxmayaraq Bakıda hələ də toyuq dönərlərinə rast gəlinir. 40-50 günə yetişən broyler toyuqlarının ətindən hazırlanan dönərlər mal təindən hazırlanan dönərə nisbətən daha ucuzdu. İkinci 1 manat 40 – 1 manat 60 qəpiyə satılırsa, toyuq dönəri 1 manat – 1 manat 30 qəpiyədi.

Dönərlərin zərərli tərəfləri barədə vətəndaşlar nə dərəcədə məlumatlıdı?

Bakı şəhər sakini Bəxtiyar Səlimov nə ət, nə toyuq dönəri yemədiyini bildirdi: «Mən dönərdən iyrənirəm. Dönər satanlar daha çox gəlir əldə etmək üçün ucuz ətlərə üstünlük verirlər. Mal ətinin qiyməti yeddi manatdır, dönərin içərisinə pomidor, xiyar, tomat, başqa ərzaqlar qatılır. Normal ətdən hazırlanarsa, dönərin qiyməti baha olar».

Tələbə Günel Nursultanova isə yol kənarlarında, bazarlarda satılan dönərləri yemir. Dönər alarkən onun bişirilmə şəraitinə xüsusi diqqət yetirir: «Açıq şəraitdə saxlanan dönərlərə baxanda adamın iştahası qaçır. Onların üzərinə toz-torpaq, milçək qonur. Dönər satanlar əlcəklərdən istifadə etmir, pomidor-xiyarı yumur. Başqalarına da belə yerlərdən dönər yeməmyi məsləhət görərdim».

Tikintidə fəhlə işləyən Yaşar Qasımov isə dönər yeməkdən çəkinmir: «Mənim qazancım imkan vermir ki, hər gün restoranda, kafedə nahar edim. Ailəm rayonda yaşayır. Ailəmi, uşaqlarımı dolandırmaq üçün məcburam ki, Bakıda işləyim. Burada da dönər, peraşki, ucuz qiymətə satılan yeməkləri yeyirəm. Sağlamlığıma ciddi ziyan vurduğumu bilirəm. Amma başqa yolum da yoxdur»

Dönərlərin hazırlanmasında qazdan istfadə hallarına da qadağa qoyulub. Çünki, təbii qazı yandırdıqda ondan ayrılan maddələr zəhərlənmələrin baş verməsinə gətirib çıxara bilər. Əslində dönər asta templə bişirilməlidir. Amma bu qadağaya da bir o qədər əhəmiyyət verilmir. Müştərini gözlətmək istəməyən satıcılar, istilliyi artırmağa üstünlük verirlər. Baxmayraq ki, bir neçə dəfə dövlət qurumları tərəfindən qazdan istifadəyə və sanitariya qaydalarını pozduğuna görə, dönər satan obyektlər bağlanıb, onların sahibləri cəzalandırılıb.

Amma deyilənlərə rəğmən, şəhərdə apardığımız müşahidələrdən onu gördük ki, əvvəlki illərlə müqayisədə vəziyyət bir qədər yaxşıdır. Belə ki, indi əvvəl olduğu kimi Bakıda çirki-pası tökülən, antisanitariyanın baş alıb getdiyi dönər köşklərinə rast gəlmək mümkün deyil. Dönər hazırlanma texnologiyalarına ciddi əməl olunmasa da, bəzi sanitariya qaydaları nisbətən nəzərə alınır.

Günay






8 İyun, 2012  17:51 Baxılıb: 3417 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner