Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İVANOVKALILAR NƏDƏN NARAZIDIR? – ARAŞDIRMA

Onlar hətta Prezident Administrasiyasına da üz tutublar

İsmayıllının İvanovka kəndi rayonun, ümumiyyətlə, Azərbaycanın bir çox kəndlərindən fərqlənir. Kəndin əsası 1847-ci ildə qoyulub. Çar Rusiyası dövründə malakan dini təriqətinə mənsub ruslar Qafqaza köçürülub. Qafqazın bir neçə yerində hazırda İvanovka kəndi mövcuddur. Hələ də kolxoz üsul-idarəsinin hökm sürdüyü İvanovka kəndində sakinlər zəhmətkeşliyi, torpağa bağlılıqları ilə ətraf kəndlərin sakinlərindən fərqlənirlər. Amma son vaxtlar İvanovka kəndinin sakinləri susuzluqdan şikayətlənirlər. 
Bir neçə dəfə Prezident Administrasiyasının qarşısına toplaşan kənd sakinləri prezidentin göstərişilə İvanovkaya su kəmərinin çəkildiyini, amma hələ də su gəlmədiyini bildiriblər. Sakinləri Prezident Administrasiyasının nümayəndələri dinləyiblər və qaldırılan problemlərin həllilə məşğul olunacağına söz veriblər. Amma sakinlər vədlərin yerinə yetiriləcəsinə inanmırlar.
Mətbu orqanların məlumatlarına görə, kənd sakinləri icra hakimiyyətinin başçısı Nizami Ələkbərovdan və polis məmurlarından da şikayətləniblər. Qeyd ediblər ki, rayon rəhbərliyi onları sıxışdırır, işləməyə qoymur.
Kənd sakini Dəmir Salmanov jurnalistlərə bildirib ki, onların kolxozu dağılmaq üzrədir: «Aqrar texnikamız yavaş-yavaş sıradan çıxır. Kolxozda işləyənlərə maaş verə bilmirik. Gənclər kəndi tərk edirlər. Heç kəs kənddə qalıb işləmək istəmir».

Kənd sakini bildirib ki, vaxtilə İvanovkanın 5 min hektar torpaq sahəsi, 3 min iri buynuzlu, 7 min xırda buynuzlu mal-qarası olub. 1996-cı ildə aparılmış torpaq islahatları İvanovka kəndinə şamil edilməyib. Kənd sakinlərinin tədricən Rusiyaya üz tutması nəticəsində hektarlarla torpaq sahəsi boş qalıb. Hazırda həmin torpaqlar ayrı-ayrı şəxslər tərəfindən əkilib-becərilir. Kənddə istirahət mərkəzi, otel tikilib.
İvanovka sakinləri hesab edirlər ki, kəndə kənardan gətirilən yenilik buradakı ab-havanın pozulmasına səbəb olub və buranın ənənəvi ahəngini korlayıb. Sakinlər tələb edirlər ki, İvanovkanın sovet dövründə olduğu kimi qapalı, mühafizəkar kənd statusu qorunub-saxlanılsın və kənar müdaxilələrə son qoyulsun.

Məsələ ilə bağlı müraciət etdiyimiz İsmayıllı rayon İcra Hakimiyyətinin İctimai Təşkilatlar və Siyasi partiyalarla iş şöbəsinin müdiri Valeh Salehov ivanovkalıların şikayətlərilə bağlı bildirdi ki, onların rayon rəhbərliyinə yönəlik ittihamları əsassızdır: «Onlar nə danışdıqlarını heç özləri də bilmir. Deyirlər ki, su problemi var. Bəli var. Prezidentin göstərişi əsasında İsmayıllının bir neçə kəndinə su xətti çəkilib. Göyçayın Çayqovşan ərazisindən götürülən su xüsusi borular vasitəsilə İsmayıllının bir neçə kəndinə verilir. 4 kənd həmin borulardan gələn sudan istifadə edir. Su xətlərinin istismara verilməsilə bağlı açılış tədbirlərində şəxsən iştirak etmişəm. Hazırda 4 kəndin hər birinə, o cümlədən, İvanovkaya su gedir».
V.Salehov həmçinin qeyd etdi ki, rayon rəhbərliyi tərəfindən ivanovkalılara heç bir ayrı-seçkilik yoxdur və ola bilməz: «Onlar konkret ad çəkmirlər, ümumi sözləri deyirlər ki, onların hamısı əsassızdır. Su problemi var və onun həlli istiqamətində işlər gedir. Başqa deyilənlərin hamısı yalandır. Ola bilsin ki, onlar sifariş yerinə yetirirlər. Açığı Prezident Administrasiyasının qarşısına gedib rayon rəhbərliyindən narazılıq edənlərin istəklərini başa düşə bilmirəm».

V.Salehov əlavə etdi ki, İvanovka sakinləri həmçinin kənddə yeni üslubda evlərin tikilməsinə də etiraz edirlər: «Bəzi kənd sakinləri oradan köçüblər və torpaqlarını ayrı-ayrı imkanlı şəxslərə satıblar. Onlar da burada öz zövqlərinə uyğun evlər tikiblər. Bu oradakı rusların narazılığına səbəb olub. İndii bizim bunun qarşısını almaq üçün heç bir hüquqi imkanımız yoxdur».

İvanovka kənd icra nümayəndəsi Jabina Olqa Timofeyevna kəndin su problemi olduğunu təsdiqləsə də, rayon rəhbərliyindən şikayətçi olmadıqlarını dedi: «Bizdə su problemi həmişə olub. Yayda təsərrüfatımızı sulaya bilmirik. Susuzluqdan əziyyət çəkirik. Su xətti çəkilib. Amma verilən su təlabatımızı ödəmir».

İsmayıllıdan olan millət vəkili Novruz Aslan şikayət etmək üçün Prezident Administrasiyasına üz tutan İvanovka sakinlərinə haqq qazandırmadı. Onun sözlərinə görə, əgər kənd sakinlərinin hansısa şikayətləri varsa, onun özünə bildirə bilərdilər: «Mən demək olar ki, hər həftə İsmayıllıda oluram və insanları qəbul edirəm. İsmayıllının 76 kəndinin hər birində, o cümlədən İvanovkada olmuşam. Bu kənddə 3 dəfə olmuşam.

RUSLAN






7 İyun, 2012  15:23 Baxılıb: 1874 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner