Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

YATAQXANALAR NİYƏ ÖZƏLLƏŞDİRİLMİR? – ARAŞDIRMA

BŞİH müəmmalara aydınlıq gətirməkdən imtina edir 

Azərbaycanda ayrı-ayrı dövlət qurumlarına, müəssisələrə məxsus yataqxanalar 2008-ci ildə Bakı Şəhər İcra Hakimiyyətinin balansına keçdikdən sonra onların özəlləşdirilməsi məsələsi gündəmə gəldi.
BŞİH Mənzil-kommunal təsərrüfatı departamentinin balansında olan yataqxanaların mülkiyyətçi ilə mənzil-kirayə müqaviləsi olan sakinlər arasında özəlləşdirilməsi «Mənzil Fondunun özəlləşdirilməsi Haqqında» qanunda öz əksini tapıb. Həmin qanuna əsasən təhsil müəssisələrinin yataqxanaları özəlləşdirilə bilməz.

Bu gün əksər yataqxanalar qəza vəziyyətində olduğundan özəlləşdirilmir. Çünki yataqxanaların əksəriyyətinin istismar müddəti başa çatıb və ya tikiliyə edilən müdaxilələr, sonradan olunan dəyişikliklər onların özəlləşdirilməsinə imkan vermir. Bundan başqa ayrı-ayrı dövlət müəssisələrində çalışan və illərdir mənzil növbəsində duran vətəndaşlar hətta müvəqqəti yaşamaq üçün məlum yataqxanalarda qala bilmirlər. Çünki yataqxanalardakı evlərin əksəriyyəti aidiyyəti olmayan şəxslər tərəfindən zəbt edilib.

Vaxtilə «Azərsu» Səhmdar Cəmiyyətinin balansında olmuş yataqxanada yaşayan Sabir Hüseynov bizimlə söhbətində bildirdi ki, yataqxanaları özəlləşdirilməsə də, tikilinin təmir-abadlıq işləri orada yaşayanların öz hesabına həyata keçirilir: «Yataqxanamız icra hakimiyyətinin balansına keçəndən sonra bütün güzəştlərdən, imtiyazlardan məhrum olmuşuq. Su idarəsinin işçisi olsaq da, su pulunu da alırlar. Bir həftə bundan qabaq yığışıb kanalizasiya, su borularını dəyişdirmişik».
Həmsöhbətimiz onu da bildirdi ki, yataqxananın özəlləşdirilməsi üçün aidiyyəti qurumlara müraciət etsələr də nəticəsi olmayıb.
S.Hüseynov yataqxanadan çıxarılma təhlükəsinin olmadığını söylədi: «30 ildir burada yaşayırıq. Bizi burdan kim çıxara bilər ki? Niyə çıxarsınlar? Biz bura köçəndə yataqxana su idarəsinin balansında idi. Sonradan verdilər, Bakı Şəhər İcra Hakimiyyətinə. Yenə də boş mənzillər oladuqda onlar su idarəsinin mənzili olmayan işçilərinə verilir».

Amma öyrəndik ki, bu yataqxanada ən müxtəlif peşənin, sahənin insanları yaşayır. Aylıq kirayə pulunu isə Mənzil Kommunal İstismar İdarələsinə ödəyirlər. Kirayə haqqı mənzillərin otaqlarına və ya kvadratına görə dəyişir. Ümumilikdə bu ödəmə 75-200 manat arasında dəyişir.

Dövlət müəssisələrinə məxsus olan yataqxanaların hazırkı sahibi Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentindən bildirildi ki, Bakı şəhərində saz vəziyyətdə olan yataqxanaların hamısı özəlləşdirilib. BŞİH-in mənzil fonduna daxil olan yataqxanalara hazırda mənzil istismar sahələri baxsa da bu, formal xarakter daşıyır. Çünki yataqxanalardakı mənzillərin böyük əksəriyyəti özəlləşdirilib. Digərlərində isə Bakı şəhərində qeydiyyatı olmayan, əsasən də işğal altında olan rayonların sakinləri yaşayırlar. Onları yataqxanalardan çıxarmaq mümkün deyil.

Hüquqi-Dövlət Araşdırmalar Fondunun prezidenti Müzəffər Baxışovun sözlərinə görə, Bakı şəhər mənzil-kommunal təsərrüfatının idarəetmə sistemini təkmilləşdirilməsi məqsədi ilə 1999-cu ildə yaradılmış Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti bu gün şəhər əhalisinin mənzilə olan təlabatını nəinki ödəyə bilmir, bəzi hallarda problemlər yaradır: «BŞİH-in balansında nə qədər ehtiyat mənzil fondunun olması barədə ictimaiyyətdə dəqiq məlumatlar yoxdur. Yataqxanalardakı vəziyyət barədə heç bir açıqlama verilmir. Məndə olan məlummatlara görə, yataqxanalar icra hakimiyyətləri tərəfindən bu və ya digər şəxslərin adına formal olaraq özəlləşdirilir və sonra kənar şəxslərə baha qiymətə satılır. Əlbəttə, bunlar müvafiq qurumlar tərəfindən araşdırılmalıdır».

Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin rəhbəri Mirvari Qəhrəmanlı ən acınacaqlı vəziyyətin vaxtı ilə ARDNŞ-in balansında olmuş yataqxanalarla bağlı olduğunu dedi: «Neft Şirkətinin keçmiş «Xəzərdənizneftsosialtikinti" trestinin balansında olmuş Sabunçu rayonundakı yataqxanada bu gün neftçilərdən başqa istənilən sahənin işçiləri yaşayır. Bundan başqa "Xəzərdənizqazmatikinti" tresti var idi. Onun da yataqxanası tam dolub. Neft şirkətinin yataqxanalarının əksəriyyətində qaçqınlar yaşayır. Onlar yataqxananın faktiki sakinləri sayıldığından mənzillər onların adına özəlləşdirilib. Halbuki, onlar üçün Bakı şəhərində və ayrı-ayrı rayonlarda şəhərciklər tikilib. “Mənzil fondunun özəlləşdirilməsi haqqında” qanunda göstərilib ki, tələbələrin, məcburi köçkünlərin yaşadıqları və qəza vəziyyətində olan yataqxanalar istisna olmaqla digər yataqxanaların özəlləşdirilə bilər. Məsələ burasındadır ki, Azərbaycanda qaçqınların yaşamadığı yataqxana yoxdur. Odur ki, əksər yataqxanaların özəlləşdirilməsi problem olaraq qalır».
M.Qəhrəmanlı əlavə etdi ki, ARDNŞ-in balansındakı yataqxanalar da BŞİH-in balansına verildikdən sonra orada yaşayan neftçilərin hər an mənzillərindən çıxarılması təhlükəsi var. İlk vaxtlar neftçilərlə normal davranıldı. Sonra imtiyazları ləğv edildi. İndi də evdən çıxarılma təhlükəsi var. Düşünürəm ki, yataqxanalar Bakı Şəhər İcra Hakimiyyətinə verilməklə, onlar havadan asılı vəziyyətə düşdülər».

Ruslan Xəlil






5 İyun, 2012  15:00 Baxılıb: 6184 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner