Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

UŞAĞA AD SEÇƏRKƏN NƏYƏ DİQQƏT EDİLMƏLİDİR? - ARAŞDIRMA

Narınc Rüstəmova: “Uşağa verilən adın mənası da, bu adı əvvəl kimin daşıması da uşağın xarakterinə, taleyinə və psixologiyasına təsir edir.

Uşaq dünyaya gələndə ən çox müzakirəyə səbəb olan məsələlərdən biri ona hansı adın veriləcəyidir. Bəzi ailələr bu məsələni uşağa nənə-babasının, yaxud da rəhmətə getmiş yaxın qohumunun adını verməklə həll edir. Bəzi ailələr isə övladına tamamilə yeni ad verməyə çalışır. Bunun nəticəsində bəzən elə adlarla ratlaşırıq ki, onlar bizə qeyri-adi və bir az da gülməli görünür. Uşağa verilən ad ailədə narazılıq da yarada bilir. Ailənin gəlini övladına daha müasir ad vermək istədiyindən onun köhnə, artıq gülünc səslənməyə başlayan adı ilə razılaşmır. Məsələn, Böyükxanım, Ümbülnisə, Gülməmməd, Dəstəgül, Lumuxanım və s. bu kimi adlar həm bəzi anaların, həm də müəyyən yaşa çatdıqdan sonra uşaqların utancına səbəb olur. 
Ölkəmizdə məhz bu halların qarşısını alamq üçün adlara “İşıqfor” prinsipi tətbiq olunacaq. Belə ki, yeni prinsipə əsasən, Azərbaycanın milli-mənəvi, ideoloji dəyərlərinə uyğun gələn adlar "yaşıl siyahı"ya salınacaq ki, bu adların qoyulmasında heç bir məhdudiyyət olmayacaq. İkinci kateqoriya adlar - "sarı siyahı" - tövsiyə olunmayan, gülünc doğuran, digər dillərdə yaxşı səslənməyən adlardır ki, bu adları qoyarkən Ədliyyə Nazirliyinin əməkdaşları valideynləri bir daha düşünməyə çağıracaq. Üçüncü kateqoriya adlar isə "qırmızı siyahı"ya salınacaq ki, bu adların qoyulmasına icazə verilməyəcək.

Buna baxmayaraq psixoloqlar tövsiyə edir ki, uşağa ad seçərkən onun mənasına diqqət yetirmək, həmin adın nə demək olduğunu mütləq araşdırıb tapmaq lazımdır. Psixologiya konsultasiya mərkəzinin direktoru Narınc Rüstəmova deyir ki, uşağa verilən ad onun xarakterinə, şəxsi inkişafına təsir edir. Buna görə də bəzi hallarda ailədən tammailə fərqli xarakterdə uşaq çıxır: “Buna əsasən deyə bilərik ki, uşağa verilən adın mənası da, bu adı əvvəl kimin daşıması da uşağın xarakterinə, taleyinə və psixologiyasına təsir edir. Məsələn, uşağa nənəsinin, babasının yaxud da ailəyə əziz olan, rəhmətə getmiş adamın adı qoyulur. Belə adlar qoyularkən valideynlər uşağa həmin adamın davamçısı kimi münasibət göstərməməlidir. Çünki bu, uşağa psixoloji təsir edir və o, sanki vaxtından tez böyüyür, yaxud da əksinə olaraq ərköyünləşir və çox kaprizli olur”.
İnsandakı psixoloji problemlərin mənbəyinin uşaqlıqla bağlı olduğunu deyən Narınc xanım vurğulayır ki, uşağa hansı adın verilməyindən asılı olmayaraq ona bu adı düzgün təqdim etmək lazımdır: “Uşağa köğhnə ad da vermək olar, onun nənə-babasının da adını vermək olar, önəmli olan həmin adı uşağa necə təqdim etməkdir. Valideyn çalışmalıdır ki, uaşağa öz adını sevdirsin. Ona görə də uşağı müəyyən yaşdan sonra əzizləmələrlə çağırmaq olmaz. Çünki bu halda uşaqda kompleks yaranır və o fikirləşir ki, anam mənim adımı sevmir. Mənim adım pisdi, əgər adım belə olmasaydı anam məni belə çağırmazdı”.
N. Rüstəmova deyir ki, ad seçərkən ən vacib məsələlərdən biri də uşağa verilən adın mənasıdır: “Valideynlər bəzi hallarda ad seçərkən buna diqqət etməsə də uşaq yaşa dolduqca öz adı ilə maraqlanacaq və onun nə məna verdiyini bilmək istəyəcək. Məsələn, hazırda çox adam uşağa Leyla adını qoymağa üstünlük verir. Lakin bu adın mənası “bitib tükənməyən gecə” deməkdir. Söz gözəl səslənir deyə uşağa belə ad verirlər, amma onun mənasına fikir vermirlər”.

“Bəs İslam dinində uşağa necə ad verilməsi məsləhətdir? Dinimizə görə, uşağın adının onun taleyinə təsiri varmı?” suallarımızı ilahiyyatçı Hacı Rövşən Məmmədov cavablandırdı. Onun sözlərinə görə, uşaqlara verilən adlarla bağlı Peyğəmbərimiz Həzrəti Məhəmmədin (s) hədisi də var: “O buyurur ki, uşaqlarınza gözəl adlar seçin. Dinimizdə də vurğulanır ki, uşağa verilən adın mənasına diqqət etmək lazımdır. Çünki insanın adı onun xarakterinə təsir edir. İslam dini yaranan zaman müsəlmanlığı qəbul edənlərin də bir qismi adlarını dəyişdirmişdi. Çünki həmin adların mənaları günəşin qulu, müharibə, bütpərəstliyi simvolizə edən adlar idi”.
R. Məmmədov vurğulayır ki, əksər hallarda uşağın xarakterinin formalaşması onun adı ilə bağlı olur: “Yəni, müəyyən müddətdən sonra uşaq öz adına oxşamağa başlayır. Ona görə də ad seçmək çox ciddi məsələdir”.

Fatimə Kərimli






4 İyun, 2012  16:54 Baxılıb: 3767 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner