Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

«ÖLMƏK İSTƏYİRƏM!»

Azad İsazadə: «İntiharların qarşısının alınması üçün vahid mərkəz yaradılmalıdır»

Hacı Fuad Nurullahi: «Mömin insan bütün çətinlikləri özü üçün imtahan sayar»  

Biri xəstəliyə tab gətirmir, biri kasıblığa, biri zorakılığa, biri sadəcə darıxır və özünə məşğuliyyət tapa bilmir, digəri isə çox varlı olur və həyatın bütün nemətlərini, şirinliklərini daddıqdan sonra yaşamağın mənasını görmür və intihar edir… Son vaxtlar demək olar ki, hər gün kütləvi informasiya vasitələrində intihar hadisələri ilə bağlı məlumatlar yer alır. Gənclər arasında özünü öldürmə hallarına isə daha çox rast gəlinir. 

Əslində insanların öz canlarına qıyma hallarının artması təkcə Azərbaycanda deyil, bu hal butun dunya ölkələrinin vacib sosioloji problemlərindən birinə çevrilib. Dünya Səhiyyə Təşkilatının hesabatına görə, hər il dünyada bir milyondan çox insan intihar edir. Qarşıdakı on il ərzində bu rəqəmin daha yarım milyon artacağı gözlənilir. Araşdırmalara görə, intihar edənlərin sayı müharibə və qətllər zamanı ölənlərin sayından daha çoxdur.

Maraqlıdır ki, özünü öldürənlərin çox hissəsini kişilər təşkil edir. Araşdırmalara görə, intiharlar edənlərin 63 faizi kişi, 37 faizi isə qadınlardan ibarətdir. Dünya Psixatriya Assosiasiyası həm də buna görə, XXI əsri «depresiya və intihar əsri» adlandırıb.

Bəzən daha çox maddi problemlərin intiharlara səbəb olduğu bildirilir. Lakin, statistikaya baxsaq, bunun yanlış olduğunu görərik. Azərbaycanda kasıblıq, ailəsini dolandırmaq üçün çıxış yolu tapmayanların özlərini öldürmə hallarına daha çox rast gəlinsə də, statistika kasıblığın intihara cəhd üçün başlıca səbəb olmadığını göstərir. Belə ki, araşdırmalara görə, İsveç, Almaniya kimi inkişaf etmiş ölkələr intiharların sayına görə, ilk yerlərdə qərarlaşırlar.

Psixoloq Azad İsazadənin sözlərinə görə, «intihar» depresiyanın zirvəsidir: «İnsan uzun müddət depresiyada olur, ondan çıxış yolu tapmır və intihara əl atır. Nadir hallarda bir gün insan intihar qərarı verir - bu çox böyük bir stressin nəticəsində də ola bilər».
A.İsazadə deyir, statistikaya nəzər salsaq intiharlara Cənub-Şərq ölkələrində daha az rast gəlindiyini görərik: «Bu həmin ölkələrdə havanın isti olması və ailə anlayışının daha möhkəm olması ilə bağlıdır. Havanın isti olması əhval-ruhiyyəni yüksəldən amildir. Digər tərəfdən isə Şərq ailələrində kiməsə dərd, kədər üz verəndə bütün qohum əqrəba gəlir, insanı tərk qoymur. Azərbaycan da Cənub-Şərq ölkələrinə aid olduğu üçün burada intiharların sayı son illərə qədər az idi. Kritik həddə çatmasa da, son illər intiharların sayının artması narahatlıq doğurur».

Psixoloqun sözlərinə görə, intiharların riskli yaş qrupuna daha çox yeniyetmə və qocalar daxildir. Yeniyetmə yaş qrupunun daha da cavanlaşması prosesi gedir, az yaşlıların canlarına qəsd etməsi müşahidə olunur: «Gənclər üçün hər hansı bir uğursuzluq ümidlərin qırılmasına səbəb ola bilir. İlk sevginin baş tutmaması, imtahandan kəsir, hər hansı bir pis hərəkətin valideynə çatması gəncdə belə fikir yarada bilər ki, artıq yaşamağa dəyməz. Bu da yeniyetmə yaşında insanların maksimalist olması - hər şeyi ya ağ, ya da qara görməsi ilə bağlıdır. Yaşlı qrupda isə hansısa xəstəlik, evladına yük olmamaq istəyi, qayğısız qalmaq, yaşla əlaqədar işdən çıxarılma, müalicə üçün pul tapmamaq, ailəni saxlaya bilməmək situatsiyalari intihar cəhdinə gətirib çıxarır».

Psixoloqun qənaətinə görə, Azərbaycanda əsas problem intiharların profilaktikası ilə məşğul olan vahid mərkəzin olmamasıdır. İntiharların sosial və yaş qrupları, səbəbləri, formalarının statistikasının dəqiqləşdiriməsi istiqamətində real araşdırmalar aparılrmır: «Bu araşdırmalar elmi tədqiqatların nəticəsində aparıla bilər. Hətta telefonla psixoloji yardımın hansı qurumun səlahiyyətində olması da müəyyənləşməyib. Səhiyyə Nazirliyindən bunun tibbi deyil, psixoloji yardım olduğunu bildirirlər, halbuki intihara cəhd edən adama ilk yardım tibb işçiləri tərəfindən göstərilir. Qeyri Hökumət Təşkilatları bu cür «qaynar xətt»-lər yaratsalar da qısa müddətdə maliyyə problemi üzündən həmin xətlər bağlanır». A.İsazadə hesab edir ki, belə bir qurum Gənclər, İdman və Turizm, Əmək və Əhalinin Sosial Müdafiəsi, Səhiyyə nazirliklərinin, Təcili Tibbi Yardım Stansiyasının tərkibində yaradıla bilər: «Bu zaman biz intiharın qarşını almaq və ya intihara cəhd etmiş şəxslərin reablitasiyası istiqamətində tədbirlər görə bilərdik. İndi isə bu yöndə yalnız jurnalist araşdırmalarına və QHT-lərin fəaliyyətinə əsaslanırıq».

"İntihar etmək istəyən insanı bu yoldan necə çəkindirmək olar" - sualına psixoloq belə cavab verdi ki, özünü öldürmək fikri aylar ərzində yaranır. Həmin müddətdə yaxın qohumlar həmin adamın özünə qapandığını, danışmaq istəmədiyini, heç nəylə maraqlanmadığını, yaxşı qidalanmadığını müşahidə edirlər. Bu hal müşahidə edildikdə həmin vəziyyətə düşmüş admla daim maraqlanmalı, onu dinləməli, depressiyadan çıxmasına cəhd göstərilməlidir. Əgər bütün bunlar da nəticə vermirsə peşəkar psixoloqlara müraciət etmək lazımdır. Mütəxəssis deyir ki, psixoloqa vaxtında müraciət etdikdə həmin adamı xilas etmək mümkün olur.  

İlahiyyat Universitetinin dekanı Hacı Fuad Nurullahinin sözlərinə görə, İslam intiharı qətiyyən qəbul etmir: «İntihar edən adam həm bu dünyasını, həm də axirətini itirir. İnsanın məna və dəyəri ondan ibarətdir ki, o, Allah tərəfindən «yaradılmış»dır. Özü-özünü yaratmayıb ki, bu dünyadan getməyə özü qərar versin. İnsanların madiyyata bağlılığı buna gətirib çıxarır. İntihar edənlərin əksəriyyəti ailə, maddiyat problemlərinə tab gətirmədiklərinə görə, bu qərarı verirlər. Lakin unudurlar ki, bununla onları bundan qat-qat artıq əzab gözləyə bilər».

Hacı Fuadın sözlərinə görə, intihar hadisələrinin artmasının başlıca səbəbi insanların dindən uzaqlaşmasıdır: «Çətinliyə düşən insan qəzəbli olar. Amma İslama gələn səbr edər, maneəyə rast gələndə öz səbri, ağlı ilə onu aşmağa çalışar. Allah insana ağıl verib. Ağıl insanın xilası üçündür. Mömin insan hər bir çətinliyi, əzabı özü üçün imtahan hesab edər, problemlərdən çıxış yolu tapmağa çalışar».
İntihar edənlərin sayına görə, Yaponiyanın ön yerlərdə olduğunu deyən Hacı Fuad qeyd etdi ki, bunun da səbəbi həmin ölkədə dini biliklərin az olması ilə bağlıdır.
F.Nurullahinin sözlərinə görə, gənclər arasında intihar hadisələrinin artmasının qarşısının alınması üçün dini maarifləndirmə işlərinin genişləndirilməsinə ciddi ehtiyac var.

Xatirə Nəsirli






30 May, 2012  18:38 Baxılıb: 1734 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner