Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Günel Mövlud: “Televizorları söndürün!”

Ondan sonra nə varsa, ondan sonra nə qalırsa - həyat budur. 

Və həyat biz düşündüyümüzdən daha kədərlidi.

Yetmiş il zorla rəflərimizə kitab düzdürdülər. Yetmiş il bizi zorla qəzet-jurnallara abunə yazdırdılar. Yetmiş il zorla kitab oxutdular bizə. Axırı nə oldu?
Heç nə. Sovetlər dağılan kimi Drayzerin, Kamyunun, Hüqonun kitablarını küllüklərə tökdük. Çünki onlar bizim total zöqsüzlüyümüzü gözümüzə soxurdu - bz onlara heç vaxt doğmalaşa bilmədik. Vəssalam.
İndi... Sovet vaxtı alimlərin, ziyalıların, kitab oxuyub, tamaşalara gedib, mədəni həyat tərzi keçirən insanların öz məclislərində, ortamlarında «zavmaq»lara, «bazarkom»lara yuxarıdan aşağı baxmağının acığını, qisasını indi bütün bir ordu – tamadalar, meyxanaçılar, müğənnilər, aparıcılar, şoumenlər ordusu alır...
Bizim bineyi-qədimdən zövq sarıdan yarımamağımızın sayəsində ömründə bircə kitab oxumamış şoumenlərin, tamadaların və müğənnilərin hansı pullara, evlərə, maşınlara, el arasında hömət-nüfuza sahib olduğunu görən adama kitab oxutmaq, elm, fikir adamı olmağa həvəsləndirmək mümkün deyil.
Akademik musiqinin, klassik ədəbiyyatın, təsviri sənətin nə olduğunu bilməyən – ədəbiyyat anlayışı Çingiz Abdullayevlə, musiqi zövqü İbrahim Tatlısəslə məhdudlaşan gəncə bütün günü ekrandan düşməyən, efirdə, mətbuatda, el arasında at oynadan, ağsaqqal-ağbirçəklərin ehtiramla görüşdükləri, məclislərinin yuxarı başında oturtduqları – tamadaların, müğənnilərin, meyxanaçıların nə qədər qeyri-ciddi, avaragor, mənasız adam olduqlarını heç vaxt başa salmaq olmaz. Mümkün deyil.
Sual verəcəklər: əgər belə qeyri-ciddi, mənasız adamlardılarsa, niyə bahalı maşın sürür, niyə gözəl evlərdə yaşayır, niyə xalq məclislərində sayılıb-seçilirlər? Niyə onlara qoyulan hörmət kitab oxumaqdan gözlərinin nuru getsə də, ömrü boyu kirayələrdə yaşayan rəssamlara, alimlərə, yazıçılara qoyulmur?
Nə cavab verəsən? Nə deyəsən? Necə izah edəsən? Necə mübaizə aparasan bu kütləvi zövqsüzlük, kütləvi cəhalətlə?
Bircə əlac qalır: bütün bunlardan kənarda qalmaq. Heç olmasa, ən azından bu total cəhalətin inkişafında iştirak etməməklə.
Buna görə də, televizorları söndürün!
Bir-birinin ardınca peyda olan, ağzından qatıq tökülən müğənniləri tanımayın. Bəsit, vulqar, əxlaqsızlq həddinə çatan şouları, bütün bir nəsli nadan, cahil, zövqsüz olmağa məcbur edən aparıcıları, şoumenləri, meyxanaçıları tanımayın.
Olsun. Qoy bizim qismətimizə «zavmaqlara», «bazarkomlara» nifrət eləyən və dar, havasız, sadə amma kitabla, rəsmlə dolu köhnə Sovet evlərində bütün ölkəni bürümüş cəhalət və zövqsüzlüyə sakitcə etiraz edərək, sonuncu Sovet balaları kimi ölmək düşsün...
Ümidsiz amma barışmadan...






30 May, 2012  16:05 Baxılıb: 1851 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner