Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İdman

Avarçəkənlərimiz olimpiya lisenziyasını qazana bilmədilər

Cütlüyümüzün olimpiada yollanmasına 0.53 saniyə çatmayıb

İsveçrənin Lütsern şəhərində keçirilən akademik avarçəkmə üzrə Yekun Olimpiya Təsnifat Reqatasına yekun vurulub. Yarışda Azərbaycanı təmsil edən Aleksandr Aleksandrov - Boris Yotov dueti finalda 3-cü yeri tutub.

Azərbaycan Milli Avarçəkmə Federasiyasının mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, 2 nəfərlik qayıqla (M2X) mübarizə aparan cütlüyümüz 2000 metr məsafəni 6 dəqiqə 27,99 saniyəyə qət edib.

Bununla da Aleksandrov - Yotov dueti 2012-ci il London Yay Olimpiya Oyunlarına lisenziya qazana bilməyib. Bu vəsiqələrə ilk 2 pilləni tutan italiyalı Alessio Sartori - Romano Battisti (6:27.13) və ukraynalı Dmitri Mixay - Artyom Morozov (6:27.46) yiyələniblər. Təəssüf ki, azərbaycanlı duetin olimpiadaya yollanmasına cəmi 0,53 saniyəsi çatmayıb. Aleksandrov hələ ötənilki dünya çempionatında uğurlu çıxışı sayəsində 1 nəfərlik qayıqla (M1X) yürüşdə olimpiya lisenziyasını təmin etmişdi. O, Yotovla da birgə bu vəzifənin öhdəsindən gəlsəydi, Londonda 2 qayıqla mübarizə aparmalı olacaqdı.

Qeyd edək ki, Yekun Olimpiya Təsnifat Reqatasında qadınlar arasında 2 nəfərlik təkavarlı qayıqla (W2-) mübarizə aparan İskra Angelova - Viktoriya Nençeva dueti finala yüksələ bilməyib.






24 May, 2012  20:25 Baxılıb: 1045 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner