Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İdman

Yaponlar Azərbaycan yığmasını məğlub etdilər

Gündoğar ölkə təmsilçiləri qapımızdan iki cavabsız qol keçiriblər

Azərbaycan milli komandası bu gün növbəti yoldaşlıq oyununu keçirib. Simsar.az saytının məlumatına görə, komandamız Yaponiya yığması ilə qarşılaşıb.

Şizuoka şəhərində baş tutan səfər matçı millimizin 0:2 hesablı məğlubiyyəti ilə başa çatıb. “Ekopa” stadionundakı qarşılaşmanın hər hissəsində 1 qol vuran asiyalılar millimizi ardıcıl 2-ci məğlubiyyətlə barışdırıb.

Belə ki, fevralın 29-da Fələstinlə Dubaydakı görüşdə 0:2 hesabı ilə uduzan yığmamız yenə Asiyada, yenə bu qitə təmsilçisinə və yenə eyni hesabla uduzdu.

Ümumilikdə isə 2012-ci ildə 4-cü yoxlama oyununu keçirən millimiz bütün matçlarını bu qitədə oynayıb və asiyalılarla görüşlərdə 1 qələbə, 1 heç-heçə etməklə yanaşı, 2 dəfə yenilib.

YAPONİYA - AZƏRBAYCAN - 2:0
QOLLAR: Kaqava, 42; Okazaki, 58
Baş hakim: Əbdül Malik Əbdülbəşir (Sinqapur)
Baş hakimin köməkçiləri: Cefri Goh Gek Peng, Yeu Mung Tang (hər ikisi – Sinqapur)
Dördüncü hakim: Minoru Tojo (Yaponiya)
Hakim-inspektor: Keyt Hill (İngiltərə)
Şizuoka. “Ekopa” stadionu






23 May, 2012  21:36 Baxılıb: 1064 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner