Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İdman

"Çelsi" tarixində ilk dəfə Çempionlar Liqasının qalibi oldu

Penaltilər seriyasında daha dəqiq fərqlənən "Çelsi"li oyuunçular kuboku başları üzərinə qaldırıb

Avrokuboklarda futbol 2011-2012 mövsümünə yekun vurulub. Fanat.az xəbər verir ki, bu gecə qitənin birinci dərəcəli klub turnirində – Çempionlar Liqasında final oyunu keçirilib.

Final matçı Almaniyanın Münhen şəhərindəki “Allyans Arena”da baş tutub və “Bavariya” sahibi olduğu stadionda “Çelsi”ni qəbul edib. Yarımfinalda “Real” və “Barselona”nı üstələmiş komandaların qarşılaşmasının ilk 83 dəqiqəsində qapılara qol vurulmayıb. Hesabı 83-cü dəqiqədə “Bavariya” açıb və Tomas Müller başla fərqlənib. Bundan sonra ayılan “Çelsi” irəli atılıb və 88-ci dəqiqədə Xuan Matanın cərimə zərbəsindən sonra Didye Droqba başla topu tora qovuşdurub.

Matçın əsas vaxtı 1:1 hesabı ilə bitdiyindən əlavə vaxt oynanılıb. 95-ci dəqiqədə Aryen Robben “Çelsi”nin qapısına təyin olunan penaltini dəqiq yerinə yetirə bilməyib. Bundan sonra komandalar qapılara yol tapa bilməyib və əlavə vaxt da 1:1 hesabı ilə yekunlaşıb.

Belədə qalib penalti seriyasında müəyyənləşib. Bu zaman “Çelsi” daha dəqiq olaraq, ümumi hesabda 5:4 qələbə qazanaraq Çempionlar Liqasının qalibi olub. “Bavariya”dan Filip Lam, Mario Qomes, Manuel Neuer penalti zərbəsini dəqiq yerinə yetirdiyi halda İvika Oliç və Bastian Şvaynştaygerin zərbəsi qeyri dəqiq olub. “Çelsi”dən isə David Luis, Frank Lampard, Eşli Koul və Didye Droqba qapıya dəqiq, Xuan Mata qeyri-dəqiq zərbə vurub.

Bu “Çelsi”nin Çempionlar Liqasında ilk belə uğuru olub. İlk dəfə finala 2007-2008 mövsümündə çıxan London klubu həlledici matçda, penalti seriyasında “Mançester Yunayted”ə yenilmişdi.

“Bavariya” isə Çempionlar Liqasının finalında 4-cü dəfə uğursuzluqla üzləşib. Münhen klubu bundan əvvəl 1982, 1987, 1999 və 2010-ci illərdəkit final maçtlarında uduzmuşdu. “Bavariya” indiyədək 1974, 1975, 1976 və 2001-ci illərdə bu kuboku başı üzərinə qaldırıb.

Çempionlar Liqası
Final
19 may

Bavariya (Almaniya) – Çelsi (İngiltərə) 1:1 (pen – 4:5)
Qollar: Tomas Müller, 83 – Didye Droqba, 88.
Bavariya: Manuel Neuer, Filip Lam. Anatoli Timoşuk, Jerome Boatenq, Dieqo Kontento, Bastian Şvaynştayger, Toni Kroos, Aryen Robben, Tomas Müller (Daniel van Buyten, 86, Frank Riberi (İvika Oliç, 97), Mario Qomes.
Ehtiyat oyunçular: Hans-Yorq Butt, Nils Petersen, Rafinya, Takaşi Usami, Daniel Pranyiç.
Çelsi: Petr Çex, Joze Boşinqva, Hari Kahill, David Luis, Eşli Koul, Con Mikel, Salomon Kalu (Fernando Torres, 84), Frank Lempard, Xuan Mata, Ryan Bertrand (Florent Malouda, 73), Didye Droqba.
Ehtiyat oyunçular: Ross Turnbull, Mixael Essyen, Oriol Romeu, Paulo Ferreyra, Daniel Sturridge.
Sarı vərəqələr: Bastian Şvaynştayger , 2 – Eşli Koul, 81. David Luiz, 86. Didye Droqba, 93. Fernando Torres, 120.
Baş hakim: Pedro Proença (Portuqaliya).
Münhen. “Alyans Arena”. 66.000 azarkeş.






21 May, 2012  17:11 Baxılıb: 1035 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner