Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İdman

"Azərreyl"dən iki böyük transfer

Bununla da komandaya yeni gələn voleybolçuların sayı beşə çatıb

“Azərreyl” növbəti transferlərini reallaşdırıb. Apasport.az saytının məlumatına görə, “dəmiryolçular” Hollandiya yığmasından Debbi Stam, Polşa milli komandasından Milena Radeçkanın keçidini rəsmiləşdiriblər. Onların hər ikisi ilə 1 illik müqavilə imzalanıb.

Narıncı formanı 200 dəfədən artıq geyinən hollandiyalı ilə yığmasının kapitanı Radeçka Polşanın “Bank Fakro” klubundan transfer olunublar.

Bununla da yeni baş məşqçi Alessandro Çiappinin komandaya gətirdiyi voleybolçuların sayı (rəsmi) 5-ə, hollandiyalıların sayı 3-ə çatıb. Debbi və Milenadan öncə Amerika yığmasından Meqan Hodj, Hollandiya milli komandasından Manon Flier və Karolina Vensink kimi ulduzların “Azərreyl”ə keçidi həll olunmuşdu.

Qeyd edək ki, hələlik ötən mövsümkü heyətdən kimin qalacağı, kimin gedəcəyi tam olaraq açıqlanmayıb.






21 May, 2012  16:54 Baxılıb: 955 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner