Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

KONSTİTUSİYA MƏHKƏMƏSİNİN “HAVADA QALAN” QƏRARLARI – ARAŞDIRMA

Qurumun 6 qərarı hələ də Milli Məclis tərəfindən icra olunmayıb

Azərbaycanda məhkəmə qərarlarının icrası sahəsində mövcud problemlər daim ciddi müzakirə mövzusu olub. Ölkədə məhkəmə-hüquq sisteminin vəziyyətini öyrənmək üçün heç də ayrı-ayrı işlərin istintaqlarını öyrənməyə, şərh etməyə ehtiyac yoxdur. Məhkəmələrin dövlət adından çıxardıqları qərarların icra olunmaması real vəziyyəti olduğu kimi göstərir. Söhbət rayon, apellyasiya və hətta ali məhkəmələrin çıxardıqları qərarlardan deyil, xüsusilə, Konstitusiya Məhkəməsinin qərarlarının icra olunmamasından gedir.
Məsələn, Konstitusiya Məhkəməsininin 2011-ci ildə çıxardığı 6 qərar Milli Məclis (MM) tərəfindən indiyədək icra olunmayıb. Onu da bildirək ki, bu günə qədər Konstitusiya Məhkəməsinin Milli Məclisə təqdim etdiyi 18 tövsiyədən 6-ı, Nazirlər Kabinetinə təqdim etdiyi 5 tövsiyədən 2-i icra olunmayıb.



«Bu mədəniyyətin formalaşması üçün vaxta ehtiyac var»

Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev bir müddət öncə jurnalistlərə açıqlamasında qeyd edib ki, sədri olduğu məhkəmənin qərarlarının icra olunmaması ciddi problemlər yaradır: «Qərarların icra olunmaması ilk olaraq hakimiyyətin məhkəmə qanadının nüfüzunu zədələyir. Qərarın icrasına hörmətsizlik edənlər təkcə hüquqi deyil, həmçinin mənəvi məsuliyyət daşıyırlar». 
Onun sözlərinə görə, hər bir şəxs məhkəmə qərarlarının, o cümlədən Konstitusiya Məhkəməsinin qərarlarının sözsüz icra olunmasının vacibliyini başa düşməlidir: «Hüquqi mədəniyyətin formalaşması baxımından bunun olması çox vacibdir. Ola bilsin ki, bu mədəniyyətin formalaşması üçün vaxta ehtiyac var».

Laqeydlik, yoxsa qanunvericilikdəki boşluqlar

Konstitusiya Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev hesab edir ki, Konstitusiya Məhkəməsinin qərarlarının icra olunmaması ümumiyyətlə, Azərbaycandakı məhkəmə qərarlarının icra vəziyyətini göstərir: «Bu gün ölkədə minlərlə məhkəmə qərarı var ki, bu və ya digər səbəblərə görə icra olunmur. Şəxsən məndə bir məhkəmə işi var ki, 4 ildən yuxarıdır ki, icra olunmur. Məhkəmə qərarlarını icra etmədikləri üçün yalnız sıravi vətəndaşlar qanunla cəzalandırılır. Vəzifəli şəxslərin məhkəmə qərarlarını icra etməməsinə «üzürlü səbəb» donu geyindirilir».
Hüquqşünasın dediyinə görə, Konstitusiya Məhkəməsinin qərarlarının icrası mexanizmi qanunvericilikdə öz əksini tapmadığından qeyd olunan problemlər yaşanır: «Yəni məhkəmə qərarlarının icra olunmamasının subyektiv və obyektiv səbəbləri var. Subyektiv səbəb məmurların qərarlara olan laqeyidliyidir. Obyektiv səbəb isə qanunvericilikdəki boşluqdur. Konistutisiya Məhkəməsi özü qərarlarının icrasına nəzarət edə bilmir və tövsiyələrlə kifayətlənməli olur».

F.Abdullayev də hesab edir ki, qərarı icra etməmək məhkəmə hakimiyyətini tanımamaq anlamına gəlir: «Məhkəmə qərarları hətta üzürsüz səbəbdən icra olunmadıqda belə bununla bağlı ölçü götürülməlidir. Bizim əlimizdən icra olunmayan məsələlərlə bağlı təkrar qərar qəbul etmək gəlir. Çıxardığımız qərarların icrasına nəzarət mexanizmimiz yoxdur. İcraya nəzarət edəcək qurumun yaradılması isə Konstitusiya Məhkəməsinə nüfuz gətirməyən hal olardı».

«Konstitusiya Məhkəməsinin hüquqi şərhləri də nəzərə alınmır»

«Hüquqi Dövlət» Araşdrmalar Fondunun prezidenti Müzəffər Baxışovun sözlərinə görə, Konstitusiya Məhkəməsinin Plenumunun qərarları Azərbaycan Respublikası adından çıxarılır: «Konstitusiyaya görə, bu qərarların icrası qətidir və heç kəs tərəfindən ləğv edilə, dəyişdirilə bilməz. Məhkəmənin qərarını icra etməyənlər hüquqi məsuliyyət daşıyırlar. Konstitusiyaya Məhkəməsinin mülki iddiaçılarla bağlı çıxardığı qərarların Milli Məclis tərəfindən icra olunmaması bir sıra problemlər yaradır. Qərarlara qarşı məsuliyyətsiz yanaşma əslində icra və qanunvericilik hakimiyyətlərinin məhkəmə hakimiyyətinə qarşı münasibətini ortaya qoyur».  
M.Baxışovun sözlərinə görə, bəzən aşağı instansiyalı məhkəmələr Konstitusiya Məhkəməsinin fərdi şəxslərlə bağlı qərarı əsasında yenidən baxılan işlərdə hüquqi şərhləri nəzərə alınmır. Deyir, sən saydığını say, görək fələk nə sayır. Yerli məhkəmələrin hakimlərinin bəzən Konstitusiya Məhkəməsinin yeni şərhlərindən belə xəbərləri olmur. Qanunla Konstitusiya Məhkəməsinin yüksək hüquqi statusu hüquqi mövqelərinə də aid olunur».

«Mətbuat yazandan sonra problem müəyyən qədər həll olundu»


Konstitusiya Məhkəməsinin vətəndaşların qəbulu və şikayətlər şöbəsinin müdiri Anar Cəfərovun sözlərinə görə, təmsil olunduğu qurumun qərarlarının icrası ilə bağlı vəziyyət bir qədər düzəlib: «Əvvəllər bu sahədə daha ciddi problem var idi. İndi bir qədər düzəlib. Hazırda Konstitusiya Məhkəməsinin Milli Məclis tərəfindən hələ də icra olunmayan 6 qərarı var. Bu qərarlar ayrı-ayrı qanunlara edilməsi vacib bilinən dəyişikliklərlə bağlıdır».
A.Cəfərov qeyd etdi ki, Konstitusiya Məhkəməsi qərarları icra etməkdən imtina etmir: «Sadəcə icranı yubadırlar. Biz Milli Məclisi başa düşürük. Qanunlara əlavə və dəyişikliklərin edilməsi bir qədər vaxt tələb edir».
Bununla belə A.Cəfərov hesab edir ki, Konstitusiya Məhkəməsinin qərarlarının icrasına münasibət dəyişib: «Sağ olun, siz jurnalistlər bu məsələni qaldırandan sonra indi həm Milli Məclis, həm Nazirlər Kabineti, həm də məhkəmə orqanları bizim qərarlarımızın icrasına daha məsuliyyətlə yanaşırlar. Problem mətbuatda işıqlandırılmasaydı, bəlkə də, məsələlər bu gün də həll olunmamış qalacaqdı».

«Qərarların icra müddəti ağlabatan olmalıdır»


Əliməmməd Nuriyev hesab edir ki, qərarların icra olunmaması məsələsində Milli Məclisi ittiham etmək düzgün olmazdı: «Milli Məclisdə Konstitusiya Məhkəməsinin qərarı əsasında qanunlara əlavə və dəyişikliklərin edilməsi vaxt aparır. Dəyişikliyi hazırlayıb sistemləşdirmək lazımdır. Bəzən belə təkliflər irəli sürülür ki, Konstitusiya Məhkəməsinin qərarlarının icrası ilə bağlı konkret müddət qoyulsun. Konkret müddətin qoyulması məncə problemlər yarada bilər. Sadəcə olaraq qərarların icra müddəti ağlabatan olmalıdır. Burada söhbət həm də Konstitusiya Məhkəməsinin qərarları qarşısında məsuliyyətdən gedir».

Vəkil Fuad Ağayev isə bildirir ki, dünyanın heç bir ölkəsində Konistitusiya Məhkəməsinin qərarlarına Azərbaycanda olduğu kimi məsuliyyətsiz yanaşma mövcud deyil. Məhkəmə qərarlarına qeyd-şərtsiz əməl etmək demokratiyanın əsas elementlərindən biridir. Əgər məhkəmə qərarı daha yüksək məhkəmə instansiyası tərəfindəni ləğv edilməyibsə, onun icrası məcburidir. Konistitusiya Məhkəməsinin qərarların Milli Məclis illərlə yubadır. Yəni burada birbaşa «yox» cavabı verilmir. Sadəcə, qərarların icrası illərlə yubadılır».
Vəkilin sözlərinə görə, ölkə başçısının fərmanına əsasən Ədliyyə Nazirliyi dövlət qurumları tərəfindən məhkəmə qərarlarının icrası vəziyyətinə dair ildə iki dəfə prezidentə hesabat verməlidir. Buna baxmayaraq yenə də məhkəmə qərarlarının icrası sahəsində problemlər mövcuddur».

Ruslan XƏLİL









11 May, 2012  16:19 Baxılıb: 2542 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner