Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İdman

Güləşçilərimiz daha bir Olimpiya lisenziyası qazandılar

Yunan-Roma güləşçisi Kamran Məmmədov Avropa təsnifat turnirində ən yüksək nəticəni göstərib

Bolqarıstanın paytaxtı Sofiyada Olimpiya Oyunlarına vəsiqə verən Avropa təsnifat turnirinin ikinci günündə güləşçilərimiz daha bir lisenziya qazanıblar. Simsar.az-ın məlumatına görə, yığmamızın hesabına növbəti lisenziyanı 60 kq çəkidə dərəcəsində yunan-Roma güləşçisi Kamran Məmmədov qazandırıb. O, ardıcıl olaraq Belarus, Norveç və Macarıstan güləşçilərini mübarizədən kənarlaşdırıb və finala yüksəlib və bununla, Olimpiya lisenziyasını təmin edib. Finalda isə Finlandiyalı rəqibi üzərində inamlı qələbə qazanaraq turniri qalib kimi tamamlayıb. Bütün bu görüşlər zamanı rəqiblərindən ümumilikdə 13 xal alan Kamran Məmmədov heç bir rəqibinə xal verməyib.

Xatırladaq ki, ilk gün keçirilən görüşlərdə sərbəst güləş yığmamızın üzvü 60 kq çəki dərəcəsində mübarizə aparan Toğrul Əsgərov da bütün rəqiblərindən üstün olmuş, həm Olimpiadaya lisenziya qazanmış, həm də turniri qalib kimi başa vurmuşdu.

Beləliklə, bu günə qədər güləşçilərimiz Londonda keçiriləcək Yay Olimpiya Oyunlarına 9 lisenziya qazanıblar.






22 Aprel, 2012  05:59 Baxılıb: 1009 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner