Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İdman

"Real"da alınmadı "Qalatasaray"a gəlir

Fatih Terimin rəhbərliyi altında oynamaq istəyir

“Qalatasaray” növbəti mövsüm üçün transfer bombasını partlatmağa hazırlaşır. Apasport.az saytının məlumatına görə, “Cim Bom” Madrid “Real”ının futbolçusu Həmit Altıntopu transfer etmək fikrindədir. Klubun prezidenti Ünal Aysal Türkiyə milli komandasının da üzvü olan təcrübəli yarımmüdafiəçinin keçidinin reallaşmağı ilə bağlı lazım olan hər şeyi etməyi tapşırıb. “Qalatasaray”ın baş məşqçisi Fatih Terimin yığmada da rəhbərliyi altında oynamış, 2008-ci ildə Avropa çempionatının bürünc medalını qazanan Həmit onun bəyəndiyi ən çox futbolçulardandır.

Ötən yaydan şərəfini qoruduğu “Real”ın əsas heyəti düşə bilməyərək, daha çox ehtiyatda qalan Altıntop keçidi ilə bağlı razılıq verib. 30 yaşlı futbolçunun transferinin iyunda rəsmiləşəcəyi gözlənilir.

Həmit “Trabzonspor”da oynadığı əkiz qardaşı Xəlil kimi karyerasını vətəndə davam etdirmək, Terimlə çalışmaq istədiyindən, transferin gerçəkləşməyində maraqlıdır. O, “Real”ın baş məşqçisi Joze Mourinyo ilə taleyi ilə bağlı söhbətləşib, yekun qərarın müəyyənləşməsindən sonra “Qalatasaray”la müqaviləyə imza atacaq.

Qeyd edək ki, Hamit yığmasının heyətində milli komandamıza qarşı oynayıb.






20 Aprel, 2012  14:40 Baxılıb: 1040 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner