Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İdman

UEFA və Türkiyə Futbol Federasiyası anlaşdı

Danışılmış oyunlardan adı hallanan komandalar 3 il Avrokoboklardan kənarda qalacaq

Ancaq bu cəza 5 il təxirə salınacaq. Bu müddət ərzində komandaların başqa bir danışılmış oyunda əli olmadığı halda Avropa cəzaları tamamilə qaldırılacaq. Simsar.az-ın Türkiyə mətbuatına istinadən xəbərinə görə, danışılmış oyunlarla bağlı UEFA ilə birlikdə həll axtarışına girən Türkiyə Futbol Federasiyası sona yaxınlaşdı. TFF Yunanıstanın Olympiakos Volou komandasına verilən cəzanın Türk komandaları üçün də tətbiq olunması mövzusunda UEFA ilə böyük ölçüdə razılaşdı.

UEFA meyarlarına görə danışılmış oyunlar şübhəsi komandanın bir alt liqaya salınması və Avropadakı müsabiqələrdən məhrum edilməsi cəzasını tələb edir. Ancaq TFF isə, bunun yerinə türk futbolunu rahatlaşdıracaq addımlar atılması üçün görüşmələrini davam etdirir.

Razılaşmaya əsasən danışılmış oyunlara adı qarışan ya da şübhəli komanda ən azı 3 il Avropa kuboklarından məhrum ediləcək. Ancaq bu cəza dərhal tətbiq olunmayaraq 5 il təxirə salınacaq.

Bu işə qarışan şəxslər ayrılıqda cəzalandırılacaq. Türk komandalarının 5 il ərzində hər hansı bir danışılmış oyunlarda əli olmadığı təqdirdə cəzalar tamamilə ortadan qaldırılacaq.
Buna qarşılıq Türkiyə Futbol Federasiyası tərəfindən danışılmış oyunlar istintaqındakı komandalar gələn mövsümə mənfi xalla başlama cəzası veriləcək.

UEFA bu müddətdə Türkiyə Futbol Federasiyasının aldığı qərarlara heç bir şəkildə qarışmayacaq. TFF-in verəcəyi qərar isə 1-1,5 ay içində açıqlanacaq. Buna Baş nazir Rəcəb Tayyib Ərdoğanın UEFA Konqresində etdiyi çıxışın böyük təsiri olduğu bildirilib.






19 Aprel, 2012  16:42 Baxılıb: 1000 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner