Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İdman

Boksçumuz yarımfinala vəsiqə qazandı

Trabzon şəhərində boks üzrə Avropa Olimpiya təsnifat turniri davam edir

Türkiyənin Trabzon şəhərində boks üzrə Avropa Olimpiya təsnifat turnirində daha 2 idmançımız rinqə çıxıb. Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, 69 kq çəki dərəcəsində mübarizə aparan Tamerlan Abdullayev İrlandiya nümayəndəsi Adam Nolanla üz-üzə gəlib. 
Təssüff ki, milli komandamızın üzvü imkanlarından aşağı səviyyədə çıxış edərək, rəqibinə məğlub olub. İlk raundda 3 xalla uduzan (3:6) boksçumuz ikinci hissədə daha yaxşı təsir bağışlayıb – 11:12. Amma həlledici raunda yenidən üstünlüyü rəqibə verən Abdullayev 13:17 hesabı ilə yenilərək, Olimpiya oyunlarına lisenziya qazana bilməyib.

81 kq çəki dərəcəsində yarışan Vətən Hüseynli isə 3-cü döyüşünü də qələbə ilə başa vuraraq, yarımfinala vəsiqə əldə edib.
Həmyerlimiz fransalı dünya və Avropa çempionatının mükafatçısı Abdulkader Bouheniyanı 16:8 hesabı ilə məğlub edib. Boksçumuz yarımfinalda ingiltərəli Kellam Smitlə qarşılaşacaq. Qeyd edək ki, 81 kq çəki dərəcəsində 3 boksçu London Olimpiadasına lisenziya qazanacaq. Həmyerlimiz yarımfinalda uduzacağı halda, rəqibinin turnirin qalibi olmasını arzu etməlidir.






19 Aprel, 2012  14:22 Baxılıb: 1055 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner