Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İdman

London olimpiadasının devizi: "Nəsilləri ruhlandıraraq"

Olimpiadaya 100 gün qalmış rəsmi açıqlama verilib

2012-ci il London Yay Olimpiya Oyunları “Nəsilləri ruhlandıraraq” (“Inspire a generation”) devizi altında keçiriləcək.

Simsar.az-ın məlumatına görə, bu barədə Oyunların Təşkilat Komitəsindən (LOCOG) olimpiadaya 100 gün qalmış rəsmi açıqlama verilib. 

Əlamətdar tarix şərəfinə Londonun qərbindəki Kyu-Qardens parkında 20 mindən çox gülün sərf olunduğu nəhəng olimpiya halqaları təqdim olunub. 50 metr diametrə malik ərazidə bu qədər gülü yetişdirmək üçün 3 gün vaxt lazım gəlib. Olimpiadanın simvolu Hitrou hava limanından uçan və limana enən təyyarə ilə park üzərindən keçərkən aydın görünür. Yarış iştirakçılarının böyük hissəsi, qonaqlar və tamaşaçıları bu hava limanı qəbul edəcək.

Kyu-Qardensə baş çəkənlər ləklər arasındakı cığırlarla halqaları keçəcəklər. LOCOG-un rəhbəri Sebastyan Kou 40 palıddan ilkini parkda əkib. Digər palıd ağacları müasir olimpiya hərəkatının yaradılmasına Böyük Britaniyanın qiymətli hədiyyə simvolu kimi bütün şəhər boyunca mövcud olacaq.

Olimpiadaya geri sayımın başlaması ilə əlaqədar bu həftə Londonda və Böyük Britaniya ərazisində bir çox tədbir keçiriləcək. Aprelin 18-də Trafalqar meydanında konsert olacaq. Bu arada İngiltərənin dənizkənarı Ueymut şəhərində onlarla məktəbli nəhəng qum qəsrinin tikintisinə kömək edib. 206 qvardiyaçı isə Kral Sarayının qarşısındakı meydanda 100 rəqəmi formasında düzülüblər.






19 Aprel, 2012  14:09 Baxılıb: 1140 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner