Çempionlar Liqası yarımfinalının ilkin oyunlarına yekun vurulub
Çempionlar Liqasında ilk yarımfinal oyunlarına yekun vurulub. Apasport.az saytının məlumatına görə, İngiltərənin "Çelsi" klubu öz meydanında turnirin son qalibi "Barselona"nı qonaq edib.
Matçın ilk hissəsinə əlavə edilmiş dəqiqədə Droqba "zadəganlar"ı hesabda önə keçirdən qola imza atıb. İkinci yarıda hesab dəyişməyincə London klubu 3 il öncəki məğlubiyyətin revanşını katalonlardan ala bilib.
Qeyd edək ki, dünən keçirilən ilk yarımfinal matçında "Bavariya" öz meydanında "Real" (Madrid) klubunu 2:1 hesabı ilə məğlub edib.
18 aprel
“Çelsi” (İngiltərə) – “Barselona” (İspaniya) - 1:0
Didye Droqba, 45