Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İdman

Özil "Real"ı sevindirə bilmədi

Türk futbolçu qol vursa da madridlilər hesabı sonadək qoruya bilməyiblər 

Çempionlar Liqasında (ÇL) yarımfinal mərhələsinə start verilib. Apasport.az saytının məlumatına görə, ilk oyun günündə yalnız bir qarşılaşma baş tutub ki, turnirin favoritlərindən sayılan “Bavariya” və “Real” Münhendəki “Alyans Arena”da üz-üzə gəlib.

İngilis Hovard Uebbin idarə etdiyi qarşılaşmada hesabı meydan sahibləri açıblar. 17-ci dəqiqədə “korner”dən sonra Serxio Ramosa çarpan top Frank Riberinin qarşısına düşür və fransız legioner öldürücü zərbə ilə Kasilyasa heç bir şans vermir – 1:0.

Fasiləyədək tərəflərin hesabı dəyişmək imkanı olsa da, “Alyans Arena”da ikinci qol 54-cü dəqiqədə vuruldu. Bu dəfə qol sevincini “Real” yaşadı: özü də Almaniyada doğulub məşhurlaşan, Bundestimin üzvü Məsut Özilin qoluyla – 1:1.

Buraxılan qoldan sonra ruhdan düşməyən “alman maşını” səfər oyununa bir qədər rahat yollanmaq üçün hücumlarının kəsərini daha da artırdı. Bunun bəhrəsi kimi Mario Qomes Filip Lamın sağ cinahdan qapı qarşısına ötürməsini tora qovuşdurdu.

2:1 hesablı qələbəyə baxmayaraq, “Bavariya”nı Madriddəki cavab matçında çətin sınaq gözləyir. Hər halda, finala çıxmaq üçün ispanları “Santyaqo Bernabeu” stadionunda 1:0 hesablı qələbə də qane edir.

17 aprel

“Bavariya” (Almaniya) – “Real” (İspaniya) - 2:1
Frank Riberi, 17; Mario Qomes, 90 - Məsut Özil, 53

İspaniyanın digər təmsilçisi “Barselona” da ilk görüşünü səfərdə keçirəcək. Katalonlar bu gün Londonda “Çelsi”nin qonağı olacaqlar. Qarşılaşma Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

18 aprel

“Çelsi” (İngiltərə) – “Barselona” (İspaniya)






18 Aprel, 2012  15:21 Baxılıb: 987 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner