Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İdman

London-2012-nin məşəli təqdim edilib

Məşəlin dizaynerləri Edvard Barber və Cey Osqerbidir

London Olimpiya Oyunlarına 100 qalmış turnirin məşəli rəsmən ictimaiyyətə təqdim olunub. Simsar.az-ın məlumatına görə, Böyük Britaniya paytaxtının sakinləri Edvard Barber və Cey Osqerbi maketin hazırlanması tenderində qalib olmaqla, məşəlin dizaynerləri kimi tarixə düşüblər. 

Məşəl müxtəlif alüminium xəlitələrindən hazırlanıb. Material eyni zamanda yüngüllüyün və möhkəmliyin təmin edilməsi üçün seçilib. Məşəlin dizaynı bir qədər özünə məxsusdur. Belə ki, orada 8 min dəlik var və bu da ənənəvi Olimpiya məşəlinin estafetində iştirak edəcək insanların sayı qədərdir. Bu dəliklər yalnız təmiz dekorativ xüsusiyyətləri özündə əks etdirmir. Onlardan alovun istisi çıxacaq. Məşəlin uzunluğu 80 sm, çəkisi 800 qramdır.

Qeyd edək ki, məşəlin üçbucaq formada seçilməsi də təsadüfi deyil. O, 3 Olimpiya dəyərini – hörmət, incəsənət və dostluğu, Olimpiya şüarından 3 devizi – tez, yüksək və güclü, həmçinin Böyük Britaniyada 3-cü dəfə möhtəşəm oyunların keçirilməsini simvollaşdırır.






18 Aprel, 2012  15:11 Baxılıb: 1138 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner