Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

XƏSTƏLİK YARADAN VƏ XƏSTƏLİKDƏN QORUYAN GÜN EYNƏKLƏRİ - ARAŞDIRMA

Satışda olan eynəklər mütəxəssislər tərəfindən yoxlanılmalıdır

Ayrılmaz aksesuara çevrilən gün eynəklərinin mövsümü başlayır. Əksəriyyət bu eynəkləri seçərkən, əsasən onun formasına, rənginə diqqət yetirir. Rahatlıq və sağlamlıq isə ikinci plana keçir.

Bu cür eynəklər 300 ildən artıqdır ki, insanlara məlumdur. Gün eynəklərini əsasən üç qrupa ayırırlar. Kosmetik, gündən qoruyan adi və çox yüksək müdafiəli eynəklər.

Kosmetik eynəklər yalnız aksessuar rolunu oynayır, bu eynəklər günəş şüalarından qorumur.
Adi gün eynəkləri yay vaxtlarında istifadə olunan eynəklərdir.
Yüksək müdafiəli eynəklər isə əsasən hündür dağlıq ərazi, qütbarxası ərazilər, ozon anomaliyalı regionlar üçün nəzərdə tutulur. Onlar həm yay, həm də qış mövsümü üçün vacibdir.

Gün eynəklərinin xüsusi olaraq, sürücülər, idmanın su və qış növləri ilə məşğul olanlar üçün nəzərdə tutulan növləri də olur. Bu polyarlaşmış linzalı eynəklərdir. Onlar təkcə ultrabənövşəyi şüaları deyil, həm də islanmış yolda qar və suyun üzərinə düşən işığı da neytrallaşdırırlar.

"Xameleon" adlanan fotoxromlu şüşə isə rahatlıq və optimal müdafiə yaradır və işıqlandırmadan asılı olaraq, rəngini dəyişirlər. Yüksək keyfiyyətli eynəklər qrupuna aid edilən "xameleon”lar müxtəlif cür - güclü və ya zəif dərəcədə tutqunlaşır.

Eynəklər gün şüalarından qorumaqla yanaşı bir sıra xəstəliklərin - o cümlədən miqren xəstəliyinin yaranmasının qarşısını alır. Araşdırmalar zamanı məlum olub ki, beyin miqrenə səbəb olan amillərlə qarşılaşanda onun oyanıqlığını yalnız rəng sakitləşdirir.

Lakin, təəssüflər olsun ki, satışda keyfiyyətsiz gün eynəkləri geniş yayılıb. Bunlar da insan orqanizminə ciddi ziyan vurur. Bəzi alıcılar hesab edirlər ki, eynəklərin keyfiyyəti onların şüşə və ya plastik olmasındadır. Amma sübut edilib ki, işığın qəbul edilməsində şüşə və plastik eynəklər arasında fərq yoxdur. Onu da deyək ki, plastik eynəklər daha tez cızılır. Cızılmış eynəkləri isə taxmaq olmaz.

Həkim - aftolmoloq Paşa Qəlbinur Simsar.az-a açıqlamasında bildrib ki, satışda olan ucuz eynəklərin hamısını keyfiyyətsiz adlandırmaq olmaz: «Onların arasında keyfiyyətliləri də olur. Hansının keyfiyyətli, hansının keyfiyyətsiz olduğunu isə mütəxəssislər araşdırmalıdır». Həkimin sözlərinə görə, keyfiyyətsiz eynəklər gözdə allergiya yaradır, qlakomanı artırır, ümumikdə heç bir xəstəliyi olmayan gözlərdə də xəstəliklərin yaranmasına səbəb olur. Həkim onu da əlavə etdi ki, düzgün təyin edilməyən eynək göz əyarının dəyişməsinə səbəb olur və bu problemi sonradan aradan qaldırmaq üçün çox zaman cərrahi müdaxiləyə ehtiyac yaranır.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə keyfiyyətsiz gün eynəklərinin satışına yalnız Azərbaycanda rast gəlinmədiyini dedi: «Çox təəssüf ki, bu problem həllini tapmamış qalmaqdadır. Cənubi Afrika Respublikasında, Fransa, İtaliya çimərliklərində, bu ölkələrin bəzi dükanlarında da bu cür keyyfiyyətsiz məhsullara rast gəlinir». E.Hüseynov qeyd etdi ki, palaroid tipli enəklərin yoxlanılması üçün test variantı var ki, alıcılar eynək alarkən bunu tələb etməlidirlər. Onun sözlərinə görə, bu məsələyə nəzarət Səhiyyə və İqtisadi İnkişaf Nazirliyinin üzərinə düşür. Bu qurumlar keyfiyyətsiz malların satışının qarşısını almalıdırlar.
İstehlakçılar Birliyinin sədri alıcılara öz sağlamlıqlarının qeydinə qalmağı, keyfiyyətsiz məhsullardan istifadə etməməyi tövsiyyə etdi.

Satış qiymətlərinə gəlincə, araşdırmamız zamaı məlum olub ki, eynəklərin qiyməti 2 manatdan başlayır. Azərbaycan bazarında bahalı eynəklər dedikdə, 200-300 manatlıq məhsulları qeyd etmək olar. Təbii ki, dünya miqyasında daha bahalı, hətta fantastik qiymətlərə olan eynəklərə də rast gəlinir.
Bizdə satışda olan eynəklərin əksəriyyətinin plastikdən hazırlandığını demək olar.

 

Xatirə Nəsirli  






17 Aprel, 2012  15:53 Baxılıb: 3059 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner