Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Dünya əhalisinin yarısının bu xəstəliyə yoluxma riski var

Azərbaycanda bu xəstəliyin 8 növü var

Hazırda dünyada 3,3 milyard insan, yəni dünya əhalisinin yarısı malyariya ilə yoluxma riski altında yaşayır.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı ofisindən Simsar.az-a verilən məlumata görə, 2010-cu ildə dünyada 216 milyon malyariya hadisəsi qeydə alınıb. Onlardan 655 mini ölümlə nəticələnib. Qeydə alınan malyariya hadisələrinin 81 faizi, ölüm hallarının isə 91 faizi Afrika regionunda baş verib. 2000-ci il ilə müqayisədə 2010-cu ildə dünyada malyariya ilə xəstələnmə 17, malyariyadan ölüm hadisələrinin sayı isə 26 faiz azalıb. 

ÜST-ün məlumatına əsasən, 2011-ci ildə Azərbaycanda cəmi 8 (4 yerli, 4 xaricdən gətirilmə) malyariya ilə xəstələnmə hadisəsi qeydə alınıb. Təşkilatdan bildirilib ki, Azərbaycanda malyariyaya görə vəziyyət 1990-cı ildən sonra sürətlə pisləşməyə başlayıb. Baş vermiş epidemiya 1996-cı ildə ən yüksək səviyyəyə çatıb. Həmin il malyariya hadisələrinin sayı 13135 olub. Lakin ölkədə geniş miqyaslı əksepidemik tədbirlərin aparılmasının nəticəsində malyariyaya görə epidemioloji vəziyyət nəzərəçarpacaq dərəcədə yaxşılaşıb.

Qeyd edək ki, 25 aprel Beynəlxalq Malyariya Xəstəliyi ilə Mübarizə Günüdür. 2008-ci ildə Azərbaycanda Malyariyanın Eliminasiyası üzrə 2008-2013-cü illər üçün Milli Strategiya və tədbirlər Planı qəbul edilib.
Yeni milli strategiyanın son məqsədi, respublikanın malyariogen rayonlarında 2013-cü ilədək malyariya ilə yerli yoluxmaların kəsilməsi və onun eliminasiyasıdır.






13 Aprel, 2012  19:39 Baxılıb: 885 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner