Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

“BİR DƏQİQƏLİK SÜKUT” NƏDİR? – ARAŞDIRMA

Dünyanın əksər ölkələrində bu akt qeyd olunsa da, kilsə bunu rədd edir 

Kiminsə xatirəsi və ya hansısa faciəvi olay yad edilən zaman bir dəqiqəlik sükut elan eldilir.
Hamımız ayağa qalxırıq, dinməz-söyləməz, həmin şəxslə və ya şəxslərlə bağlı fikrə dalırıq. Amma çoxlarımız bilmirik ki, bu aktın mənası nədir. Bəs bir dəqiqə sükut etmək harada yaranıb, hadisə nədən qaynaqlanıb?

Bu məqsədlə üz tutduğumuz respodentlərimizdən əksəriyyəti aktın haradan qaynaqlandığını bilmədi. Bəziləri isə bunu dini ayin hesab etdi. Din xadimləri ilə söhbət zamanı məlum oldu ki, İslamda belə bir ayin yoxdur. İslam dininə görə, ölən şəxslər “Yasin” oxunaraq, yad edilirlər.
Xristianlıq dinində də belə bir aktın olmadığı məlum oldu.

Araşdırma zamanı bu aktın dünyanın bir çox ölkələrində, xüsusən də MDB məkanında həyata keçirildiyini aydınlaşdırdıq. Akt ilk dəfə Birinci Dünya Müharibəsində ölənlərin xatirəsini yad etmək məqsədilə həyata keçirilib. 1918-ci ilin noyabrında ölənlər 1919-cu ilin həmin ayında bu üsulla yad edilib. Bu ideya əvvəlcə 5 dəqiqəlik sükut kimi irəli sürülüb. Lakin, «The Times» qazetinin əməkdaşı, avtstraliyalı jurnalist Edvard Corc Han 5 dəqiqənin böyük vaxt olduğunu və sükutun bir dəqiqəyə qədər azaldılmasını təklif edib. O zaman bir dəqiqə az hesab olunduğundan iki dəqiqəlik sükutun həyata keçirilməsi qərara alınıb. Dünya müharibəsində həlak olanlarının qanının rəmzi olaraq, qırmızı rəng hüzn rəmzi sayılıb.

Böyük Britvaniya, Kanada və Cənubi Afrikada11-ci ayın, 11-ci günü, saat 11-də Birinci Dünya Müharibəsində həlak olanların xatirəsi sükutla yad edilir. Bir sıra MDB ölkələrində zikr, dualar oxunduqdan sonra, sükut elan edilir. Bəzən sükut zamanı həmin ölkələrin himni də səslənir. Bu mərasim təkcə yad etmə kimi səciyyələndirilmir, həm də ölkələrin müharibə şərəfinin qorunması vasitəsi hesab olunur.


Avstraliyada 11 noyabrda keçirilən Anma Günü xüsusilə gənclərin vətənpərvərlik təbliğatına önəm verilir. Bu gün Ali və orta məktəblərdə vurulan zəngin səsi də möhkəm olmalıdır. Müxtəlif şəhərlərdə müharibə zamanı həlak olanların abidələri ziyarət olunur.

Babarosda anma günü paradla müşahidə olunur. Dövlət məmurları və hərbi rütbəli şəxslərin də iştirak etdiyi paradda bir dəqiqəlik sükutla yanaşı bir sıra təntənəli tədbirlər də həyata keçirilir.

Birinci Dünya Müharibəsində ABŞ hərbi qüvvələri də iştirak etdiyinə görə, bu ölkədə də anma günü qeyd olunur və ölənlərin ruhu bir dəqiqəlik sükutla yad edilirdi. Amma 1995-ci ildən sonra bu, yalnız kiçik əhatədə Georq küsçəsində keçirilməyə başlandı.

Anım günü Kanadanın bir sıra əyalətlərdə ictimai mərasim kimi qeyd olunur. Bu zaman bir dəqiqəlik sükutla yanaşı ölənlərin ruhuna dualar oxunur, maşın və gəmilərin siqnalları səslənir. Bu mərasimlərdə dövlət rəsmiləri də iştirak edir. 2000-ci ildən mərasimə naməlum əsgərin məzarına əklil qoymaq ənənəsi də əlavə edilib. 2010-cu ildə keçirilən anım tədbirində 9000-dən artıq adam toplaşmışdı.

Böyük Britaniyada da anma günü xüsusi qeyd olunur. Bu mərasimlərə Kral Qvardiyası da qatılır. İtaliyada isə Birinci Dünya Müharibəsində ölənlərin xatirəsi noyabrın 4-də yad edilir. Hollandiyada anma günü mayın 4 və 5-də qeyd olunur. Bu mərasim təkcə Dünya Müharibəsində deyil, ondan sonra baş verən müharibə və münaqişələrdə ölənlərin xatirəsinə həsr edilir. Mayın 5-də saat 08:00-da bir dəqiqəlik sükut elan edilir. Fransada isə 11 noyabr mili bayram kimi qeyd olunur.

Hindistanda, Şimali İrlandiya, Fransa, İndoneziya, Cənubi Afrika Respublikası, Keniya, Yeni Zellandiyada da anma günü qeyd olunur və Birinci Dünya Müharibəsi və digər müharibə və münaqişələrdə ölənlərin xatirəsi yad edilir.

Bu cür mərasimlərə baxmayaraq, 1950-ci ildə kilsə anma gününü rədd etmişdi. Hətta veteranlar təşkilatları da ölənlərin bu cür xatırlanmasının əleyhinə çıxıb.

Ölkəmizdə isə yanvar ayının 20-si anım günü kimi qeyd olunur. Bu gün 1990-cı 20 Yanvar qurbanlarının xatirəsi yad edilir. Saat 12-00-da bir dəqiqəlik sükut elan edilir. Bu zaman Xəzər dənizindəki gəmilər fiti verirlər. Fevral ayının 26-sında Xocalı faciəsinin ildönümünə həsr olunan tədbirdə də soyqırım zamanı şəhid olanların xatirəsi ehtiramla yad edilir.

Xatirə Nəsirli






12 Aprel, 2012  18:46 Baxılıb: 3711 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner