Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

DƏVƏTNAMƏNİZ VAR – ARAŞDIRMA - FOTOSESSİYA

Toy dəvətnamələrinin yaranması XIX əsrin əvvəllərinə təsadüf edir

Toyun hər bir elementi ayrı-ayrılıqda çox vacibdir. Eləcə də həyatının önəmli gününü tanış-bilişə, qohumlara, dostlara xəbər verən toy dəvətnamələrinin. Hazırda həm qiymətinə görə, həm də dizaynına görə bir-birindən fərqli, gözoxşayan dəvətnamələr bəs nə zaman, necə yaranıb?

İngiltərədə İohann Quttenberq 1447-ci ildə çap maşınını ixtira edənə qədər toy barədə adətən carçılar xəbər verirdi. Belə ki, bir kişi küçə ilə gedə-gedə yüksək səslə toy barədə məlumat verir, bu da dəvətnaməni əvəz etmiş olurdu.

Orta əsrlərdə isə savadsızlıq çox yayıldığından yazılı dəvətnamə gönmdərmək adəti yalnız zadəganlar arasında mövcud idi. Bu ailələrin dəvətnamələrini həmin dövrün tanınmış və təcrübəli xəttatları yazırdılar.

1798-ci ildə litoqrafiya üsuli ilə çapın ixtirası yeni formada və fərqli mürəkkəbli dəvətnamələrin çap olunmasına imkan verdi. Bu da toy dəvətnamələri bazarının yaranmasına gətirib çıxardı. Buna baxmayaraq dəvətnamələr hələ də əllə və atlıların köməyilə çatdırılırdı.

“Qoşa zərf” dəvətnamələrdən isə dəvətnaməni qorumaq üçün istifadə olunurdu. Belə ki, bu, dəvətnaməni yolboyunca zədələnmədən qoruyurdu. Poçt sisteminin inkişaf etməsinə baxmayaraq bu ənənə bu gün də qalır.

Kommersiya məqsədilə çap olunan toy dəvətnamələri II Dünya Müharibəsindən sonra daha çox genişləndi. Daha sonra cəmiyyətdə Emi Vanderbilt və Emili Post kimi tanınmış şəxslər müvafiq qadın və kişi etiketlərinin yaranmasını məsləhət görmüşdülər.

Müəyyən vaxtlarda dəvətnamələrin hazırlanması metodu bahalı olduğundan kasıblar bundan məhrum olmuşdu. Kağız səthinə parıldayıcı maddə ilə yazılan yazı dəvətnaməni bəziləri üçün əlçatmaz edirdi.

Hazırda istər varlı, istərsə də kasıb təbəqənin öz büdcəsinə uyğun toy dəvətnamələri hazırlanır. Eləcə də hər zövqə uyğun dizaynda dəvətnamələr satılır.

Dəvətnamə seçimində nəyə diqqə etmək lazımdır?

Dəvətnamə hazırlanarkən dizaynda əl çiçəyi, gəlin paltarının üzərindəki naxışlar, tortun üzərindəki naxışlar, toyun keçiriləcəyi məkanın elemtləri və s.dən istifadə etmək olar. Dəvətnamənin yazılarının əllə yazılması da mümkündür, lakin ən optimal variant olaraq yazının xüsusi metodla yəni, lazer printer və ya ofset çapla hazırlanması daha məqbuldur.

Texnikanın inkişafı dəvətnamələri internet vasitəsilə də göndərməyə imkan verir. Bunun üçün isə xüsusi internet saytlar fəaliyyət göstərir.

Toy dəvətnaməsi neçəyə başa gəlir?

Toy dəvətnamələrinin qiymətləri dəvətnamənin çeşidinə görə dəyişir. Belə ki, həm dəvətnamənin dizaynı, həm də onun üzərindəki yazı qiymətinə təsir edir. Bəzən də toyun keçiriləcəyi şadlıq evi dəvətnamələrin hazırlanmasını öz üzrəinə götürür. Bu zaman dəvətnamənin üstündə toyun keçirələcəyi məkanın görüntüsü və məkana getmək üçün lazımi marşurut əks olunur.

Dəvətnamələrin qiyməti 20 qəpiklə – 20 manat arasında dəyişir. Qeyd edək ki, hazırda elə dəvətnamələr var ki, onların içərisində xüsusi disk yerləşdirilir və qonaqlar bu disk vasitəsilə toya dəvət olunur.

Təbii ki, dəvətnamələrdə də təbəqələşmə özünü göstərir. Ən ucuz dəvətnamələr A4 adlı kağızdan hazırlanır ki, bu dəvətnamələr kasıb təbəqə üçün nəzərdə tutulur.

Varlı təbəqənin dəvətnamələri isə özünməxsus şəkildə hazırlanır. Bu dəvətnamələrdə xüsusi əl işlərinə rast gəlmək də mümkündür.

Fatimə Kərimli






10 Aprel, 2012  20:51 Baxılıb: 4243 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner