Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Günel Mövlud: "Heyvan sevgisi"

Bir kedim bile yok...

Gecəyarısı şəhərin mərkəzində aram-aram, səbirlə it gəzdirən insanlara həmişə həsəd aparmışam. Heç vaxt bunu eləmək imkanım olmayıb. Düzdü, uşaq vaxtı da, yeniyetmə vaxtı da müxtəlif heyvanlarım olub. İtim, pişiyim, dovşanım, kirpilərim. Amma hamısının axırı pis qurtarıb. Sevə-sevə saxladığım bu heyvanların demək olar ki, hamısı ölüb. Ölümlə, ölümün insanı sevdiklərindən ayırması faktı ilə bu heyvanlar öləndə üzləşmişəm.

Heyvanlarım öləndə həmişə ağlamışam. Elə vaxt olub, günlərlə özümə gələ bilməmişəm. Günlərlə donuqluğum keçməyib. Elə heyvanım olub ki, ölümü bu gün də yadıma düşəndə, özümü ağlamaqdan saxlaya bilmirəm. Hələ də onun ölümünü həzm eləyə bilmirəm.

Ev heyvanını sevmək insanı sevməkdən çox fərqlidir.
Söhbət sevgini ifadə etməkdən, bağlanmağın fərqliliyindən getmir. Bu sevginin mahiyyəti fərqlidir.

Sən öz sevgisini sənə heç vaxt göstərə bilməyəcəyin bir varlığı sevirsən. O da sənə nə qədər bağlı olursa olsun, nə qədər mehribanlıqla sığınırsa sığınsın – tək tərəfli bir şeydir, ev heyvanını sevmək. Həmişə sən onun qayğısını çəkirsən. Onun ac qalmamığının, üşüməməyinin, rahatlığının dərdini çəkirsən. Əzizləyirsən, anlamayacağını bilə-bilə şirin sözlər deyirsən.

İnsan bunları niyə eləyir?

Sevgi görməyəcəyi, heç bir maddi dəyəri olmayan, ancaq qayğı və narahağlıq tələb edən varlıqlara bağlanmağının, onu sevməyinin səbəbi nədir?

Məncə çox kədərli bir səbəbi var ev heyvanı saxlamağın, əzizləməyin, ona bağlanmağın.
Sən insansan.
İçin sevgi ilə doludur.
Kimisə əzizləmək, kiminsə qayğısına qalmaq istəyirsən.
Əllərin birini sevgi ilə oxşamağa hazırdı.
Bu sevgini kiməsə göstərməlisən.
Amma nə qədər acı olsa da, bir gerçək var.
Sənin sevgin heç kimə lazım deyil.
Saçlarını oxşayacağın, qayğısına qalacağın, bağlanacağın heç kimin yoxdur.
İçindəki sevgi sənə əzab verir. Daha doğrusu o sevgini heç kimə göstərmək imkanının olmaması.
Və sən bir it, bir pişik, bir quş, yəni nəfəs alan, gözləri, ürəyi olan bir varlıq tapırsan.
Onu sevirsən.
Qayğısına qalırsan.
Onunla yemək yeyirsən.
Axşamlar onunla gəzməyə çıxırsan.
Ona dəli kimi bağlanırsan.
O sənin hər şeyin olur.
Evdə oturub, sənin gələcəyin saatı gözləyir.
Onu sığallayacığını gözləyir.
Sənə baxıb nəsə demək istəyir.
Sən onun anlayırsan.
Daha doğrusu anlamağa məcbursan.
Onun da səni sevdiyinə inanırsan.
İnanmağa məcbursan.

Çünki bu dünyada hər kəs nəfəs alan, gözləri, ürəyi olan bir varlığın onu sevdiyinə inanmalıdı.






9 Aprel, 2012  16:15 Baxılıb: 1876 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner