Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

NİŞAN ÜZÜYÜ ƏBƏDİ RAHATLIĞI SİMVOLİZƏ EDİR – ARAŞDIRMA - FOTOSESSİYA

Nişan toyun əsas mərhələlərindən biridi 

 Nişanın əsasında isə nişan üzükləri durur. Adsız barmağa taxılan bu üzük həmin adamın ailəli olduğunu göstərmək məqsədi daşıyır. Qapalı dairə formasında olan üzüyün simvolizə etdiyi digər bir məna isə əbədi rahatlıqdır. Nişan üzüyü ənənəsi bəzi mənbələrə görə Misirdə, digər mənbələrə görə Qədim Yunanıstanda yaranıb. Hər iki mənbədə bir şey üst-üst düşür ki, nişan üzüyü adsız barmağa taxılır. Qədim Yunanıstanda sol əlin adsız barmağında olan üzük onun sahibinin artıq sevgilisi olduğunu göstərirdi. Qədim Misirdə də nişan üzüyü sol ələ taxılırdı. Avropanın əksər ölkələrdə isə nişan üzüyü əvvəlcə sol ələ, toyda və toydan sonra isə sağ ələ taxılır. Hindistanda nişan əlaməti olaraq böyük barmaq da daxil olmaqla bütün barmaqlara bürcə uyğun simvoilk daşlarla bəzədilmiş qızıl üzüklər taxılır. Qəribə olsa da, Hindistanda brilliant daşın mənfi enerji daşıdığına inanırlar və hesab edirlər ki, yalnız hədiyyə edildikdə brilliant bu xüsusiyyətini itirir. 
Azərbaycanda da nişan üzüyü ilə bağlı ənənənin qədim tarixi var. İlkin yazılı mənbələrimizdən olan “Kitabi-Dədə Qorqud” dastanında Bamsı Beyrək Banıçiçəyə altun (qızıl) üzük verir. Banıçiçəyin toyunda isə bu üzüyü geri istəyir. Yəni, başqasına ərə gedən sevgilisinin üzüyünü barmağında daşıya bilməz.
Qmumiyyətlə isə, inanca görə, əvvələr istifadə olunmuş üzüyü nişan üzüyü kimi istifadə etmək yaxşı deyildi, yalnız irsi olaraq verilən üzük istisnadır.

Nişan üzüyü seçərkən nəyə diqqət etmək lazımdır?

Barmağın ölçüsünə uyğun olan üzyü tapa bilmək üçün ilk növbədə barmaq ölçüsünü gətirmək lazımdır. Lakin bu zaman da ilin hansı fəslinin olduğuna, günün hansı saatının olduğuna diqqət etmək lazımdır. Çünki, soyuq havada barmaqların ölçüsü kiçilir. Buna görə də soyuq havada götürülən barmaq ölçüsü dəqiq nəticə verməyəcək. Eyni zamanda, duş qəbul etdikdən, idmanla məşğul olduqdan, ağır yük və ya çantaların daşınmasından, həmçinin, çoxlu maye qəbul etdikdən sonra barmaqların dəqiq ölçüsünü götürmək mümkün deyil. Barmağın ölçüsünə uyğun nişan üzüyü seçmək üçün ən uyğun vaxt iş gününün sonu hesab olunur.
Nişan üzüyünün materialına gəlincə isə adətən qızıla üstünlük verirlir. Üzüyün tərkibində qızılın nisbətini müəyyənləşdirmək üçün əyardan istifadə olunur. Ən yüksək əyar 958 hesab olunur. Bundan əlavə 750, 538, 500, 375 əyarına uyğun gələn zərgərlik məmulatları da var.
Unutmayın, zərgərlik məmulatları heç vaxt təmiz metaldan hazırlanmır. Qızıl və ya gümüşə digər metal əlavə olunaraq üzüyə müəyyən forma və keyfiyyət qazandırılır. Xalis qızıl çox plastikdir. Əgər sadəcə qızıldan üzük hazırlansa, o asanlıqla əyiləcək. Bu isə zərgərlik məmulatları üçün qəbuledilməzdir. Bunun üçün yuxarıda qeyd edildiyi kimi qızıl gümüş, mis, palladium (az tapılan gümüş rəngli metal), nikel (gümüşü-ağ rəngli çətin əriyən metal), sinklə (göyümtül ağ rəngli metal) birlikdə əridilir.

Nişan üzüklərinin qiymətləri 

Nişan üzüklərinin qiyməti bir çox baxımdan fərqlənir. Belə ki, üzüyün modelinə, istehsal olunduğu firmaya və əyarına görə qiymətləri də müxtəlif olur. “Xalqlar” ticarət mərkəzində qızıl satışı ilə məşğul olan Rəsul Hüseynov üzüklərin qiymətindən danışarkən dedi ki, hazırda üzüklərin qiyməti minimim 230-250 manatdan başlayır: “Üzüklərin arasında ən ucuzu 230-250 manatdır. Elə modellər var ki, onların qiyməti 350 manatdan başlayır. Ən bahalı üzüklərin qiyməti isə 1000-1500 manat arasında dəyişir”. Alıcıların daha çox hansı üzüklərə üstünlük verdiyinə gəlincə isə R.Hüseynov bildirdi ki, hazırda ən çox 750 əyarlıq üzüklər alınır: “Üzüklərin əyarına görə, 750 əyarlıq üzüklərə daha çox üstünlük verilir. Eyni zamanda təkqaş üzüklər də ən çox alınan üzüklərdəndir. Yeni qeyri-adi formalı üzüklər gətirilib, alıcılar da onlara üstünlük verir”.
Üzüklər müxtəlif meyarlara görə qiymətləndirildiyindən R.Hüseynov vurğuladı ki, müqayisədə ağ qızıl digər qızıldan daha çox alınır: “Ağ qızıl da çox alınır, ona da üstünlük verənlər çoxdur. Qızıllar müxtəlif ölkələrdən gətirilir, ona əsasən də, fərqlənir. Dubaydan, Türkiyədən, Rusiyadan gələn qızıllar var, yerli istehsal olan qızıllar var. Bunların arasında Dubaydan gətirilənlər daha çox alınır. Türkiyənin isə “Alexandra”, “Bulgari” firmalarının istehasalı olan üzüklərə daha çox üstünlük verilir”.
Onu da deyək ki, ailə səadəti və xoşbəxtlik qızılın qiyməti ilə ölçülmür. Zəmanəmizdə ailə üzvlərininin bir-birinə qarşı sevgisi və qurduqları xoşbəxt ailənin parıltısı, ən bahalı qızılın parıltısından daha qiytmətlidir.

Fatimə Kərimli






6 Aprel, 2012  19:46 Baxılıb: 7820 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner