Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

“JEEP” QAPIYA GƏLMƏSƏ - ARAŞDIRMA

Ən ucuzu 150-200 manatdır

Toy mərasiminin vacib atributlarından biri də gəlin maşınıdır. Hazırda gəlinlərin müxtəlif markalı xarici maşınları seçmək imkanı olsa da əvvəllər heç də belə olmayıb. Yüz illər bundan əvvəl gəlinlər ya at belində, ya dəvə belində, ya da faytonda gəlin köçərdilər. Adətən qonşuluğa yaxın yerə köçən gəlinlər isə bəy evinə ayaqla gedirdilər. Şəhər gəlinləri adətən bəy evinə faytonda gedirdi, kənd gəlinləri isə qeyd etdiyimiz kimi at belində, yaxud da kəcavədə gəlin köçürdülər. Gəlini apararkən faytonun, yaxud kəcavənin qarşısında “gəlin atlandı” havası çalınar, ona uyğun rəqs edilirdi.
Gəlinin qarşısını kəsmək də o dövrlərdə dəbdə idi. Bəzən gəlinin qarşısında qırmızı lentalı qoç kəsilər, sonra da bəy evindən onun ya pulunu, ya da əvəzəinə şirinliyini alardılar.
Zaman keçdikcə gəlinləri bəy evinə aparan faytonu maşınlar əvəzlədi. Bundan sonra hər dövrün tələbinə uyğun olaraq gəlini köçürmək üçün ən yaxşı maşın seçilməyə başladı. Əvvəlcə “Volqa” sonralar isə digər markalı maşınlardan gəlin köçürmək üçün istifadə olunmağa başladı. XX əsrin 70-ci illərində gəlinlərin bir çoxu “Qaz-21” markalı maşına üstünlük versə də qeyd etdiyimiz kimi zamanla zövqlər dəyişdi.
SSRİ zamanında da dəbdə olan, bahalı maşınlara üstünlük verilməsi belə bir mahnının da yaranmasına səbəb olmuşdu:
“Pobeda-mobeda bilmərəm,
“Moskviç”ə minmərəm,
“Jeep” qapıya gəlməsə,
Ər evinə getmərəm".
XX əsrin 90-cı illərinin ortalarında varlı təbəqənin ən çox üstünlük verdiyi maşınlar limuzinlər oldu. Hazırda isə limuzin adiləşmiş sayılır və evlənən cütlüklər əsasən kiçik həcmli və kabriolet modelli maşınlara üstünlük verirlər.
Hazırda gəlin maşınları “Xalqlar dostluğu”, “Gənclik” və “20 yanvar” metroları yaxınlığında kirayə verilir. Onların kirayə qiymətləri isə markalarına əsasən dəyişir. Gəlin maşınlarının kirayə qiymətlərini öyrənmək üçün “Xalqlar dostluğu” metrosunun yaxınlığında gəlin maşınlarının kirayəsi ilə məğul olan Fuad Qurbanovla əlaqə saxladıq. Onun sözlərinə görə, hazırda iki nəfərlik maşınlara daha çox üstünlük verilir: “Eyni zamanda "Porsche", “Range Rover sport” və “Mercedes S-class” da üstünlük verilən maşınlar arasındadır”. Maşınların qiymətlərinə gəlincə F.Qurbanov bildirdi ki, maşın kirayələnməsində ən ucuz qiymət 150-200 manatdır: “Biz maşın kirayələyəndə oğlan evi, qız evi və restoran marşurutu üzrə danışırıq, bu zaman da ən ucuzu 150-200 manata başa gəlir. Ən bahalısı isə “Rols-Roys” markalı maşının kirayəsidir ki, bu, 1200 manata başa gəlir”.

Fatimə Kərimli






2 Aprel, 2012  19:39 Baxılıb: 5201 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner