Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

GƏLİNLƏRİN GƏLİNLİK DƏRDİ – ARAŞDIRMA

Hər rəngin öz mənası var

Toy barədə söz düşəndə ağla ilk gələnlərdən biri gəlinlikdir. Bəs gəlinliklər necə yaranıb? İlk gəlinliklər nə rəngdə olub?

Qədim Romada gəlinliklər əsasən sarı rəngdə olub. Zaman keçdikcə gəlinliyin hansı rəngdə olması əhəmiyyətini itirib. Belə ki, orta əsrlərdə Avropada hər kəs özünün ən gözəl paltarını geyinir və buna görə də rənglər müxtəlif olurdu. Avropalı gəlinlərin 16-cı əsrdən geyinməyə başladığı ağ gəlinliklər qədim Misirdə hələ eradan əvvəldən dəbdə idi. Avropada ağ gəlinliklər Kraliça Viktoriyanın adı ilə bağlıdır. Bu illərdə kral ailəsinin gəlinləri gümüşü rəngdə gəlinliklər geyinirdi. Kraliça Viktoriya bundan imtina edir və bəyaz gəlinlik geyinməkdə israr etdi. Bundan sonra fransız və ingilis yazıçılar ağ gəlinliyi təmizliyin, məsumiyyətin simvolu kimi qiymətləndirdilər.

Bəs Azərbaycanda ilk gəlinliklər hansı rəngdə olub?

Qədim zamanlarda Azərbaycan gəlinləri al qırmızı rəngdə gəlinlik geyiniblər. Bunun səbəbi qırmızı rəngli gəlinliyin bəkarət, namus və baş ucalığı rəmzi kimi qəbul olunması olub. Yaxın keçmişədək geyinilən qırmızı gəlinliyin üzərində günəşin simvolu olan sarı və saflığın simvolu olan ağ rəngli naxış çalarları olub. Gəlinlər toy günü başmaqlarından tutmuş əllərindəki xınaya qədər qırmızı rəngə bürünüblər.

Gəlinliyin rəngi nəyi simvolizə edir?
Yunanıstanda ağ rəngdə geyinən gəlinlər bu rəngi xoşbəxtlik rəmzi hesab edirdilər, ona görə də bu rəngə üstünlük verirdilər. Çin və Hindistanda da gəlinlik geyimləri qədimdən qırmızı rəngdə olub. Hindli gəlinlər toy günü milli geyim “sari” geyinsələr də onun qırmızı rəngdə olması əsas şərtdir. Çinli gəlinlər isə qırmızı rəngə şans gətirdiyi üçün üstünlük veriblər. Onu da deyək ki, artıq çinli gəlinlər də ağ rəngdə gəlinliyə üstünlük verirlər. Koreyalı gəlinlər isə qırmızı, yaxud da sarı rəngdə gəlinlik geyinirlər. İrlandiyalı gəlinlər isə yaşıl rəngli gəlinlik geyinirmişlər. Bunun səbəbi isə onların yaşıl rəngin xoşbəxtlik gətirəcəyinə inanmağı olub.

Gəlinliklə bağlı inanclar
Zaman keçdikcə gəlinliklərlə bağlı müxtəlif inanclar da yaranıb. Fransada formalaşan inanca görə əgər gəlin bənövşəyi rəngli gəlinlik geyinərsə, onda əri onu ömür boyu sevəcək. Başqa bir batil inanca görə isə qızın gəlinliyini özünün tikməsi uğursuzluq gətirir. Bundan başqa bəyin toydan öncə qızı gəlinliklə görməsi, gəlinin gəlinliyini toydan qabaq geyinməsi pis əlamət sayılır.

Gəlinliklərin qiymətləri
Zövq oxşayan gəlinlik tapmaq asan olsa da, onu almaq hər ailəyə qismət olmur. Bunun səbəbi isə gəlinliklərin qiymətlərinin bəzi ailələrin büdcəsinə uyğun olmamasıdır. Buna görə də gəlinliyi almaq əvəzinə kirayə götürməyə üstünlük verilir.
Bəs qiymətlər necədir? Bunu öyrənmək üçün “Sara” gəlinlik salonu ilə əlaqə saxladıq. Salonun əməkdaşı Təranə Əhmədova dedi ki, hazırda gəlinlik üçün salona gələnlərin əksəriyyəti kirayə gəlinlik götürməyə üstünlük verir: “Kirayə götürmək istəyənlər gəlinliyi satın almaq istəyənlərdən daha çoxdur. Qiymətlərə gəlincə kirayə gəlinliklərin minimum qiyməti 150 manat, maksimum qiyməti isə 350-400 manat arasında dəyişir”. Təranə xanımın sözlərinə görə, əgər gəlinlər toy libasını satın almaq istəsə bu onlara minimum 600-700 manata başa gələcək: “Satın almaq minimum 600-700 manta başa gəlir. Maksimum qiymətlər isə 1000-1500 manatdan başlayır”.

Fatimə Kərimli






30 Mart, 2012  21:34 Baxılıb: 3108 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner