Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

8 İLDƏ 550 ƏSGƏR İTİRMİŞİK - ARAŞDIRMA

Ölüm hadisələrinin baş verməsinin bir neçə səbəbi var 

Son günlər Azərbaycan silahlı qüvvələrində nizamnamədən kənar münasibətlər zəmnində həlak olan əsgərlərin sayı artıb. Dünən Tərtər rayonunda yerləşən N saylı hərbi hissədə əsgərlər arasında baş verən silahlı atışmada daha iki əsgərimizi itirdik. Ümumiyyətlə, orduda indiki halda bu cür hadisələrin baş verməsi arzuolnan deyil.
Müşahidələr göstərir ki, hərbi nizam-intizamın zəif olduğu hərbi hissələrdə bu kimi faciəli hallar daha tez-tez baş verir.

“Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin rəhbəri Cəsur Sümərənli Simsar.az-a açıqlamasında bildirib ki, onlar bir müddət öncə 2003-2011-ci illərdə illərdə Azərbaycanın təhlükəsizlik və müdafiə sektorundakı itkilərlə bağlı araşdırma aparıblar: «Bu müddət ərzində 550 hərbi qulluqçu dünyasını dəyişib. Onların 162 nəfəri döyüş zamanı həlak olub. 131 nəfər erməni gülləsindən, 25 nəfər mina və sursat partlayışı, 6 nəfər əməliyyat tədbirləri zamanı dünyasını dəyişib. 387 nəfəri isə qeyri-döyüş, yəni 71 nəfər intihar, 65 nəfər qəza, 109 nəfər qeyri-nizamnamə hərəkətləri, 71 nəfər bədbəxt hadisələr, 29 nəfər müəmmalı və naməlum hadisələr, 43 nəfər müxtəlif xəstəliklər və s. üzündən ölüblər. 2003-2011-ci illərdə bu və digər səbəblərdən yararlanan və xəsarət alan hərbi qulluqçuların sayı 480 nəfərdən çoxdur».
İctimaiyyətə təqdim olunan araşdırmalarda qeyd olunur ki, həlak olan əsgərlərin təxminən 500 nəfərə yaxını Müdafiə Nazirliyinin , 25 nəfəri Dövlət Sərhəd Xidmətinin, 14 nəfəri Daxili Qoşunların, 2 nəfəri Ədliyyə Nazirliyinin, 3 nəfəri Milli Təhlükəsizlik Nazirliyinin, 2 nəfəri Xüsusi Dövlət Mühafizə Xidmətinin hərbi qulluqçularıdır.

Əsgərlər arasında münasibətlərin pozulması nəticəsində həlak olanların sayının artmasının səbəblərinə gəldikdə isə ekspert hesab edir ki, bunun bir neçə səbəbi var.

Birinci səbəb, hərbi hissədə nizam-intizamın aşağı olmasıdır. Komandir heyəti əsgərlərə nəzarət edə bilmir. Bunun nəticəsində əsgərlər arasında tez-tez münasibət pozğunluğu yaranır.

İkinci səbəb, «dedovşina» faktorudur. Köhnə əsgərlərlə gənc əsgərlər arasında tez-tez mübahisə düşür. Bu da işgəncə və ölüm faktorunun sayının artmasına səbəb olur.

Digər səbəb əskərlərin komandirlər tərəfindən incidilməsi və onların müxtəlif hərəkətlərə (ağır işlərə, pul vermə və s.) təhrik edilməsidir.

C.Sümərənli hesab edir ki, hərbi hissədə gənc əsgərlərlə mənəvi-psixoloji işlər aparılmalı və hərbçilər arasında bütün münasibətlər nizamnamə çərçivəsində olmalıdır: «Nizamnamədən kənara çıxanda təbii ki, müəyyən xoşagəlməz hallar ola bilər».

RAMİL







30 Mart, 2012  19:08 Baxılıb: 1622 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner