Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

MAŞIN BAZARINDA BÖYÜK DƏYİŞİKLİK OLACAQ

Vüqar Bayramov: «May ayında tətbiq olunacaq qadağa xüsusən Vaz 21-06 və Vaz 21-07-lərin bahalaşmasına səbəb olacaq»  

Mayıın 1-dən etibarən Rusiya istehsalı olan maşınlaların ölkəyə idxalına qadağa qoyulması xəbəri avtomobil şirkətlərini hərəkətə gətirib. Simsar.az-a daxil olan məlumata görə, qadağanın tətbiq ediləcəyi Rusiya istehsalı olan VAZ-2107 markalı avtomobillərin qiymətlərində indidən artım müşahidə edilir. Mövzu ilə bağlı avtomobil bazarlarına baş çəkdik. 

Rusiya istehsalı olan avtomobillərin qiymətlərində müəyyən artımların olduğunun şahidi olduq. Söhbətləşdiyimiz maşın satıcıları etiraf etdilər ki, son günlər Rusiya istehsalı olan avtomobillərə, xüsusi ilə də, VAZ-2107-lərə tələbat artıb. “Mayın 1-dən ölkəyə “sovet maşınları”nın gətiriləcəyinə qadağa qoyulacaq deyə, insanlar indidən 07-ə almağa başlayıblar. Çünki mayın 1-dən sonra, bu maşınların qiyməti qalxacaq” – deyə Əli Mustafayev adlı satıcı bildirdi. Onun sözlərinə görə, bir ay öncə 6500 manata satılan 07 hazırda 6650 manatdır. Bir aydan sonra isə qiymətlər təxminən 1000 manata qədər qalxa bilər. 

Qeyd edək ki, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin təsdiq etdiyi dövlət standartının tələblərinə görə, ölkədə istehsal edilən avtomobillərdə ABS əyləc sistemi və ən azı bir təhlükəsizlik yastığı olmalıdır. Bu tələblərə cavab verməyən avtomobillərin Azərbaycana idxalına və ölkədə istehsalına icazə verilməyəcək.

 
İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov Simsar.az-a açıqlamasında bildirib ki, tətbiq olunan qadağa bazarda demək olar ki, bütün maşınların qiymətlərində kəskin fərqə səbəb olacaq. Bu, xüsusən Vaz 21-06 və Vaz 21-07 markalı avtomabillərin qiymətlərində hiss olunacaq. Ancaq, bu fərq həmin maşınların yeni və ya köhnə olmasından asılı olacaq. Belə ki, qadağa, bu markadan olan yeni maşınlara tələbatı artıracağından, bu maşınların qiymətlərində artım hiss olunacaq. Lakin, bu markadan olan köhnə maşınların qiyməti düşəcək. Çünki, bu maşınlara tələbat olmayacaq.
İqtisadçının sözlərinə görə, qadağa Rusiya istehsalı olan maşınlarla yanaşı, «inomarka»ların qiymətinə də təsir edəcək. Ancaq burada vəziyyət əksinə dəyişəcək. Xarici ölkələrin istehsalı olan yeni maşınların qiyməti ucuzlaşacaq, keçmiş sovet maşınlarının qiymətinə uyğun olan işlənmiş avtomabillərin qiyməti isə artacaq: «Azərbaycanda maşın istehsalçılarının böyük əksəriyyətində Rusiya istehsalı olan avtomabillərdir. Bu cür maşınlara qoyulan qadağa həmin şəxsləri öz maşınlarını köhnə xarici maşınlarla əvəz etməyə məcbur edəcək».

İndidən Lada markalı maşınların gətirilməsinə gəlincə, bu faktı təsdiqləyən iqtisadçının sözlərinə görə, iş adamları əsasən iş Vaz 21-06, Vaz 21-07 gətirilməsinə üstünlük versələr də, bu bazarda olan boşluğu yalnız qısa müddət ərzində doldura bilər. Lakin, bununla tələbat ödənilmir və bazarda qıtlığı aradan qaldırmır.

Maşınların qiymətləri ilə bağlı apardığımız sorğu zamanı məlum oldu ki, hazırda Vaz 21 07 markalı avtomabillərin qiyməti 6.5 - 7 min manatadır. May ayından etibarən bu maşınların 7-8 min manata qədər bahalaşacağı gözlənilir.

Xatirə Nəsirli






30 Mart, 2012  18:34 Baxılıb: 5004 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner