Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Günel Mövlud: Bir fincan qaynar çay...

Sizin və bizim azadlığımız uğrunda! 

Bu bir fincan qaynar çayın tarixçəsi çox sadədi.

Yəqin ki, ömrüm boyu Sovetlərin nostaljisi ilə yaşayacam. Yesenin kimi, kəndli məntiqi ilə yanaşıb, sevdiyim o quruluşun həsrətini çəkəcəm. Amma 1968-ci ildə Sovet tanklarının Çexoslovakiyaya girişini etiraz məqsədilə meydana çıxmış yeddi gənci də unutmuram. Onların romantikasına heyranlığım da heç vaxt bitməyəcək.
Həmin il ilk dəfə Qırmızı Meydana kimsə sistemə etiraz etmək məqsədilə çıxmışdı və bu etiraz aksiyasının iştirakçlarını əfv etmək olmazdı. Həmin 7 nəfərin bir qismi həbsxanaya, bəziləri ruhi xəstəxanalara atıldı. Sonralar demək olar ki, hamısı ölkdən mühacirət etdi. İndi o adamlardan 3-ü ya dördü sağdı.

Meydandakı həmin yeddi nəfərdən altısı ziyalı, biri fəhlə idi.
Sonralar o altı ziyalı hüquq müdafiəçisi, fəhlə isə biznesmen oldu.

Sözüm onda yox.

Həmin yeddi nəfərdən biri meydana iki körpə uşağı ilə çıxmış, şairə, türcüməçi Natalya Qorbanevskaya idi.
Onu bir müddət milis şöbəsində saxlayıb, sonra ruhi xəstəxanaya atdılar.

Gənc şairənin milis şöbəsində keçirdiyi ilk gecə ilə bağlı maraqlı xatirəsi var: «Çox qorxurdum. Başıma nələr gələcəyini, mənə nə eləyəcəklərini bilmirdim. Məni buz kimi soyuq kameraya salmışdılar. Əl-ayağım, nəfəsim donmuşdu. Həmin gecə növbətçi olan bir milis işçisi səhərə qədər mənə dəmir parçda qaynar çay daşıdı ki, donmayım. Əgər o milis olmasaydı, yəqin ki, səhərə qədər soyuqdan da olmasa, qorxudan ölərdim. O milisin hərəkəti mənə başa saldı ki, insanlığı hər yerdə eləmək olar. Çiynində milis paqonu gəzdirib, sistemə işləyən insan da səni xilas etmək üçün nəsə eləyə bilər. O dəmir parçdakı qaynar çay mənə təkcə o gecəni deyil, sonralar üzləşdiyim bütün işgəncələri yaşaya bilmək üçün dözüm və ümid verdi...çünki o qaynar çay mənə insana, insanlığın hər yerdə ola biləcəyinə inandırdı... »

Və 17 mart günü barədə bir neçə cümlə...

Mən özümün kənardan o milis kimi görünüb-görünmədiyimi bilmirəm. Amma bunu bilirəm ki, həmin gün meydanda ədalətsizliyin, laqeydliyin, özbaşınalığın «soyuğunda» üşüyən gəncliyə bir fincan qaynar çay uzatmaq istədim...istədim ki, gənclik bilsin – insanlığı hər yerdə qorumaq, onu hər yerdə göstərmək olar...

Bahar bayramınız mübarək!






26 Mart, 2012  15:37 Baxılıb: 2038 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner