Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HAZIR QİDALARA QATILAN “ÇİN DUZU” TƏHLÜKƏSİ - ARAŞDIRMA

Hazır qidalardan istifadə edərkən ehtiyatlı olun. 

İnsanların işləri artdıqca, həmçinin qadınlarımız mətbəxdən uzaq düşdükcə, hazır yeməklərə meyil etməli oluruq. Bir çoxları, o cümlədən tələbələr günorta yeməyini ayaqüstü yeməklərlə yola verirlər. Eləcə də, mağazalarda satılan hazır yeməklərin üzərinə qaynar su əlavə etməklə və ya azacıq qızdırmaqla həzm-rabedən keçiririk. İlk baxışdan dadlı görünən, dadı damağımızdan getməyən bu qidalara nə qatıldığının fərqindəyikmi? Qidalara dad verən, əslində təhlükəli olan qatqılar hansılardı?

Sualın cavabına keçməzdən öncə bildirək ki, həkimlər, tibb üzrə ekspertlər dəfələrlə vətəndaşları xəbərdar ediblər ki, tez hazırlanan və ayaqüstü qəbul edilən yeməklərdən uzaq olsunlar. Belə qidalara qatılan maddələrdən biri də, el arasında "Çin duzu” adlanan Mono Natrium Glutamat (MNG) maddəsidir. Həmin maddə dondurmaya, sosislərə, dönərə və bir sıra ayaqüstü yeyilən qidalara qatılır.

İşbazlar öz qazanclarını artırmaqdan ötrü milyonlarla insanın həyatını təhlükə altına qoyurlar. Kimyəvi maddələrin təkcə dadını deyil, rənglərini dəyişib cəlbedici edərək qida məhsullarına qatırlar.
MNG məhlulunun əsas özəlliyi qidanı dadlı etməsi və insanların həmin qidadan doymamasıdır.

MNG maddələri mağazalarda hazır şəkildə satılan küftə, ət suyu həbləri, hazır souslar, cips, kolbasa, qamburger kimi məşhur qidalara qatılır.

“Çin duzlar”ının insan orqanizmi üçün zərərli olması həkimlər tərəfindn təsdiq olunur. Bilirilir ki, bu maddə əllərdə allergiya, qaşınma, ürəkbulanması, astma, sinə, mədə ağrıları, mürgüləmə, halsızlıq yaradır.

Azad İstehlakçılar Birliyinin rəhbəri Eyyub Hüseynov Simsar.az-a açıqlamasında bildirdi ki, tərkibində müxtəlif rəng və dadverici qatqılar olan qidalardan lazımi qədər az istifadə olunmalıdır: “Bu gün qida sənayesinin inkişafını kimyəvi qatqılarsız, protein tipli dərmanlarsız təsəvvür etmək mümkün deyil. Qida sənayesində istifadə olunan “E” kateqoriyasına aid olan formaldehidlər normadan artıq istifadə olunduqda insan orqanizmini mənfi təsir göstərir. Mən dəfələrlə vurğulamışam ki, idxal olunan məhsulların əksəriyyəti laborator analizlərdən keçirilmir. Çünki ölkədə qidaların tərkibini yoxlaya biləcək müasir laborator analiz qurğuları yoxdur”.
E.Hüseynov hesab edir ki, hökumət qurumları açıq şəkildə əhalini xəbərdar etməlidir ki, tərkibində qatqılar olan qida məhsullarından istifadə edərkən ehtiyatlı olsunlar.

RAMİL









16 Mart, 2012  20:44 Baxılıb: 2818 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



sagbanner