Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

JİQULİLƏRİN TAKSİ KİMİ İŞLƏMƏSINƏ İMKAN VERİLMİR

Ekspertlər Nəqliyyat Nazirliyinin qadağa tətbiq etmək səlahiyyətinin olmadığını bildirirlər

Nəqliyyat Nazirliyinin qərarına əsasən, mayın 1-dən Bakıda Rusiya istehsalı olan avtomobillərin taksi xidməti göstərməsi qadağandır. Bundan əlavə, istismar müddəti 5 ildən çox olan digər maşınlar da yalnız texniki vəziyyəti imkan verdiyi hallarda xidmət göstərə biləcək. Taksi işlətmək üçün sürücülər lisenziya almalı olacaqlar. Lisenziya isə yalnız müvafiq şərtlərə cavab verən maşınlara veriləcək.

Yeni qaydalara görə, sürücü 5 illik lisenziya üçün 150 manat ödəməlidir. Fərqlənmə nişanı, texniki və tibbi müayinəyə də hər ay 30 manata yaxın pul ödənilməlidir. Bundan başqa, sürücü öz hesabına avtomobilə naviqasiya sistemi və sayğac quraşdırmalıdır. Qərara görə, taksilər yenidən rənglənməlidir. Hər şəhər və rayonun taksilərinin xüsusi rəngi olacaq. Məsələn, Bakıda bənövşəyi rəngdə, Sumqayıtda ağ, Gəncədə boz olmalıdır. Digər rayonlarda isə taksilər süd rəngində olacaq. Standarta görə, taksilərin qapılarında fəaliyyət göstərdiyi şəhərin gerbi və ya adı, şəhərlərarası taksilərin qabaq qapılarında fərqləndirici nişan və “şəhərlərarası” sözü yazılmalıdır. Taksi avtomobillərində taksometr, GPS-GSM monitorinq mərkəzinin GPS aparatı quraşdırılmalıdır.

Mayın 1-dən sonra lisenziyası olmadan və Rusiya istehsalı olan avtomobillərlə taksi fəaliyyəti ilə məşğul olan sürücülərə İnzibati Xətalar Məcəlləsinin 150.4 maddəsinə əsasən 100 manat məbləğində cərimə tətbiq ediləcək. Onların taksi fəaliyyəti ilə məşğul olmasına qadağa qoyulacaq.

Bakıda taksi fəaliyyəti göstərən maşınların əksəriyyəti Rusiya istehsalı olduğuna görə, qərarla bağlı narazılıqlar davam etməkdədir. Digər tərəfdən lisenziya qaydaları, eləcə də London taksilərini işlətmə şərtləri də sürücüləri qane etmir.

Nəqliyyatçıların Huquqlarının Müdafiəsi Təşkilatının sədri Natiq Əkbərli Simsar.az-a açıqlamasında bildirib ki, qərar sahibkarların fəaliyyətini məhdudlaşdırır ki, bu da əslində insan hüquqlarının pozulmasıdır. Onun sözlərinə görə, Rusiya istehsalı olan maşınların gətirilməsinə qoyulan qadağa da doğru deyil. Azərbaycanda bu cür maşınların 100 mindən artıq istehlakçısı var. Onun sözlərinə görə, bu cür qadağaların qoyulmasında məqsəd Bakıya gətirilmiş London taksilərinin kütləvi istifadəsinə imkan yaratmaqdır. Bunun üçün qoylan şərtlərin yünğülləşdirilməsinə gəlincə, ekspert qeyd etdi ki, bu məsələ Nəqliyyat Nazirliyinin səlahiyyətindədir və nazirlik istəsə bunu edə bilər.
N.Əkbərlinin bildirdiyinə görə, taksilərə qarşı qadağanın tətbiq olunması həm də qanunvericiliyə ziddir.
Digər ekspertlər də hesab edirlər ki, Nəqliyyat Nazirliyinin inzibati qadağa qoymaq hüququ yoxdur. Belə ki, “İnzibati icraat haqqında” qanuna görə, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Bu məsələdə isə hansısa qanundan söhbət getmir. Eləcə də Konstitusiyasının 148-ci maddəsinə görə, nazirliyin belə bir tələb irəli sürmək səlahiyyəti yoxdur. Taksilərin hansı rəngdə olmasına gəlincə, bunu nazirlik deyil, parlament müəyyən edə bilər.

London taksilərinin digər maşınlardan üstünlüyü haqqında onu deyə bilərik ki, bəzi müşahidəçilər heç də bu maşınların yüksək texniki səviyyədə olmadığını bildirirlər. Sürücülərin sözlərinə görə, qarlı havalarda bu maşınların istifadəsində ciddi problemlər yaranır, yoxuş və enişlərdə sərbəst işləyə bilmirlər: «Qarlı havada London taksiləri gözə dəymirdi, yenə də Rusiya istehsalı olan maşınlar insanları vəziyyətdən çıxarırlar».

Araşdırmamız zamanı məlum oldu ki, hələ may ayına xeyli müddət qalsa da, indidən Rusiya istehsalı olan maşınların işləməsinə imkan verilmir. Taksi sürücülərinin vergi ödəyicisi kimi qeydiyyatları ləğv edildiyindən, işləmələrinə icazə verilmir. Nəqliyyat Nazirliyinin nümayəndələri işləmək istəyən şəxslərin qarşısını alır, onları cəzalandırır.

Simsar.az-a açıqlama verən taksi sürücüsü Vahid Əsgərov dedi ki, qadağaların tətbiqi əhalinin böyük bir qisminin yaşam tərzinə təsir edib: «Taksi ilə dolananların sayı çox idi. Onlardan əksəriyyəti də ailə başçısıdır. Bu qədər insan haradan qazanc əldə etməlidir». V.Əsgərovun sözlərinə görə, London taksilərini işlətmək üçün 40 manat məbləğində gündəlik plan tələb edilir. Bu isə böyük məbləğdir: «Doğrudur, Nəqliyyat Nazirliyinin sözçüsü Namiq Həsənov deyir ki, gəlin işləyin. Amma bu məbləği ödəmək mümkün deyil. Çünki, bizim işimiz sərnişinlərdən asılıdır, elə gün olur ki, sərnişin olmur. Onda, bu pulu hardan verməliyik?».

Xatirə Nəsirli






15 Mart, 2012  18:26 Baxılıb: 1374 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



sagbanner