Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

ŞOK: AZƏRBAYCANDA “VİAQRA”DAN ÖLƏNLƏRİN SAYI ARTIR

Adil Qeybulla: “Təzyiqi olan, ürək ağrılarından əziyyət çəkən insanlar belə dərmanlardan istifadə etməsinlər»

Son illər dünyada cinsi aktivliyi artıran dərmanlara tələbat artıb. Bunu beynəlxaq səhiyyə qurumları da təsdiq edir.Son dövrlər Azərbaycanda da bu tipli preparatlardan istifadə edənlərin sayında artım qeydə alınıb. Söhbətləşdiyimiz əczaçılar bildirirlər ki, apteklərə müraciət edən hər on müştəridən üçü məhz cinsi aktivliyi artıran dərmanlar istəyirlər. Bəs bu kimi dərmanların insan orqanizminə müsbət cəhətləri və fəsadları nələrdir?

Haşiyəyə çıxaraq bildirək ki, ötən il Türkiyədə yaşayan azərbaycanəsilli müğənni Azər Bülbülün cinsi gücü artıran dərmanlardan istifadə etdiyi üçün dünyasını dəyişdiyi məlum olub.

Redaksiyamıza daxil olan məlumata görə, son vaxtlar Azərbaycanın müxtəlif rayonlarında cinsi aktivliyi artıran dərmanları qəbul etmiş bir neçə şəxs dünyasını dəyişib. Bu dərmandan ölənlər əsasən yaşlı insanlardı.

Tibb üzrə ekspert Adil Qeybulla Simsar.az-a açıqlamasında Azərbaycanda kişilərin daha çox «Viaqra» adlı dərmandan istifadə etdiyini söyləyib: «Bu kimi dərmanlar əvvəlcə qan təzyiqini aşağı salır. Və sonra təzyiqi artırır. Yaşlı, təzyiq problemi olan, ürək ağrılarından əziyyət çəkən insanlar gərək belə dərmanlardan istifadə etməsinlər».

Ekspertlər hesab edirlər ki, yaşlı kişilər spirtli içki qəbul edəndən sonra cinsi aktivliyi artıran dərmanların qəbuluna üstünlük verirlər. Bu da onların səhhətində ciddi problem yaradır.

A.Qeybulla həmçinin bildirdi ki, vətəndaşlar cinsi aktivlik problemini həll etmək üçün təbii yolla hazırlanan dərmanlardan, xeyirli qidalardan istifadə etsələr daha yaxşı olar: «İnsanlar oturaq, passiv həyat tərzindən uzaq olmalı, daha çox meyvə qəbul etməlidilər. Bütün hallarda yaxşı olardı ki, yaşlı insanlar “viaqra” dərmanları almazdan öncə, həkimlərlə məsləhətləşsinlər».

RUSLAN






15 Mart, 2012  18:21 Baxılıb: 8088 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



sagbanner