Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

TELMAN ZEYNALOV: “SÜRÜŞMƏLƏR TƏKCƏ TƏBİİ FAKTORLARLA BAĞLI DEYİL”

 «Qanunsuz tikilən evlərin şəhər kanalizasiyasına qoşulmaması nəticəsində bu cür hadisələr baş verir»  

Son günlər Bakı şəhərində sürüşmə hadisələri intensiv xarakter alıb. Xətai rayonunda, Zığ qəsəbəsindəki sürüşmələrin nəticəsində yaşayış binalarına da ciddi ziyan dəyib. Bəzi binaların sakinləri evukuasiya ediliblər, binalarda çat əmələ gəlib. Bunun ardınca bu günlərdə Azərbaycanın bir neçə rayonunda zəlzələ də baş verdi.

Ekoloji Proqnozlar Mərkəzinin rəhbəri Telman Zeynalov Simsar.az-a açıqlamasında bildirib ki, sürüşmələrin intensiv xarakter alması təkcə, təbii faktorlarla bağlı deyil. Qadağan olunan yerlərdə evlərin tikilməsi sürüşmənin baş verməsinə gətirib çıxarır: «Azərbaycan müstəqillik əldə edəndən sonra şəxsi mülkiyyətlərin sayı artdı, kim harada istəyirsə, ev tikməyə başladı. Həmin tikililər şəhərin kommunikasiya sisiteminə qoşulmadığından çirkab suları necə gəldi axıdılır. Nəticədə bu sular yerin qatında yerləşən ağır gilə təsir edir. Ay ərzində 1-2 mm su gedirsə, gil sabun kimi olur və buna görə də sürüşür. Əslində həmin ərazilərdə tikinti qadağan olunmalıdır. Burada ev tikən əhali özü bunu bilməlidir. 100 minlərlə xərc çəkilir, villalar tikilir, sonunda da bu xərclərin hamısı batır. Sonra da kompensasiya istəyirlər».
T.Zeynalovun sözlərinə görə, Sovet dövründə sürüşmənin qarşısının alınması üçün həmin ərazilərdə pilləli terostatlar qurulur, üzərinə ağaclar əkilirdi.

Zəlzələlərin intensivləşməsinə gəlincə, Seysmoloji Mərkəzin mətbuat xidmətinin rəhbəri Vüsalə Rafiqqızının dediyinə görə, bu sırf təbii proseslərin nəticəsidir. Yaxın vaxtlarda ölkəmizdə güclü zəlzələ təhlükəsinin olub-olmadığına gəlincə, V.Rafiqqızı dedi ki, bunu proqnozlaşdırmaq qeyri- mümkündür.

Xatirə






12 Mart, 2012  21:29 Baxılıb: 1123 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner