Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İdman

Dario Şimiç Bakıya gəlir

Xorvat futbolçu martın 2-də paytaxtımızda olacaq

Bu il sentyabrın 22-dən oktyabrın 13-dək Azərbaycanda təşkil olunacaq FİFA U-17 qadınlararası dünya çempionatına dəstək olmaq məqsədilə dünya futbolunun tanınmış simalarından biri, xorvatiyalı veteran futbolçu Dario Şimiç martın 2-də Bakıya gələcək. Simsar.az-ın AFFA-ya istinadən verdiyi məlumata görə, martın 4-dək davam edəcək səfər çərçivəsində D.Şimiç 17 yaşadək qızlardan ibarət Azərbaycan yığmasının AFFA Futbol Mərkəzindəki “Dalğa Arena”da gürcüstanlı həmyaşıdları ilə keçirəcəyi yoldaşlıq oyunlarını izləyəcək.

Qeyd edək ki, futbolçu karyerası ərzində Dario Şimiç bir çox uğurlara nail olub. 1992-1998-ci illər ərzində Xorvatiyanın “Dinamo” (Zaqreb) klubunda çıxış edən D.Şimiç 5 dəfə Xorvatiya çempionu, 4 dəfə ölkə kuboku tituluna yiyələnib. 1998-ci ildə İtaliyanın “İnter” klubuna keçən Dario burada 4 il çıxış edib. 2002-ci ildə “Milan”a transfer olunan Şimiç 2008-ci ilədək “rossonyeri”lərin idman şərəfini qoruyub. Futbolçu 2008-2010-cu illər ərzində Fransanın “Monako” klubunda oynayıb. Şimiç 1 dəfə İtaliya çempionu olub, 1 dəfə İtaliya kubokunun qalibi adını qazanıb, 1 dəfə isə İtaliya Superkubokunu başı üzərinə qaldırıb. Beynəlxalq klub turnirlərində Dario 2 dəfə Çempionlar Liqasının, 2 dəfə Avropa Superkubokunun, 1 dəfə isə Klublararası dünya çempionatının qalibi olub. 1996-cı ildən 2008-ci ilədək Xorvatiya milli komandasının heyətində çıxış edən Dario Şimiç 1998-ci ildə Fransada keçirilən dünya çempionatında üçüncü yeri tutub.






28 Fevral, 2012  18:08 Baxılıb: 859 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner