Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Günel Mövlud:«Ximikat» qoxulu sevgilər...

«Bundan əvvəl axşam-səhər vardı»

Bir neçə gün əvvəl işküzar məqsədlə getdiyim İranda, balaca bir şəhərin ən balaca, sadə, hətta kasıbyana kafesində səhər yeməyi yedim. Belə ucuzvari kafe seçməyimin nə imkansızlıq, nə də xəsisliklə əlaqəsi yox idi: mən belə sadə yerlədə yemək yeməyi xoşlayıram. Dünyanın ən sadə insanlarının əyləncə, kef üçün yox, doymaq üçün girdikləri, brendlərə, markalara deyil, yeməyin özünə pul ödədikləri, öz dəyərəni vedikləri yerləri sevirəm. Bircə addımlıqdakı qonşu masada ətrafa parfüm yox, insan qoxusu yaya-yaya yemək yeyən, bir-birilərinə salam verən insanları sevirəm. Çoxlu «çaypulu» gözləmədiyi üçün müştərinin üzünə saxta-saxta gülümsəməyən ofisiantların təbii davranışlarını sevirəm.
Belə yelərdə müştəri ömründə bircə dəfə reklam məqsədilə meyvə şirəsinin qapağını açıb içən Cennifer Lopesin imicinə yox, aşpazın əllərinin qabarına pul ödəyir. Belə yerlər gündəm, mətbuat, ictimai fikir üçün yox, öz həyatını yaşayan, öz yaşam mübarizəsini sürdürən insanların yeridir. Belə yerlərdə xərclənən əzik əskinaslar dünyanın ən halal pullarıdır...
Harınlğa nifrət məndə uzaq və sevimli Sovet vaxtlarında keçən dəbdəbəsiz, amma fərəhli uşaqlığımdan qalıb. Bizə hər tikənin özündə neçə insanın zəhmətini daşıdığını öyrətmişdilər. Bizə hər ağacın deyil, hər otun, hər yarpağın da insanlar üçün, bəşəriyyət üçün, təbiət üçün dəyərli olduğunu deyirdilər.
Bizim baxdığımız cizgi filmlərində alma ağaclarının sındırılan budaqlarından göz yaşları damırdı. Biz sınmış budaqları bitişsin deyə dəsmalla sarıyan nəsil idik.
Buna görə indi insanların ekoloji çirklənmə hesabına, bəşəriyyətin gələcəyini təhlükəyə atmaq hesabına brendlərə, markalara, lazım oldu-olmadı əldə elədiyi şeylərə ətək-ətək pul xərcləməsini, özünün görməmiş təlabatı ilə gərəksiz istehsala təkan verdiyini görəndə, bu dünyada hələ də axırıncı paltarını yamayıb geyən adamlara, böyük uşağının köhnə paltarlarını balaca uşaqlarına geyindirən analara sevgim artır.
Azərbaycana turist ya da uzunmüddətli işküzar səfərə gələn əcnəbilərin bu ölkə barədə ilk və dəyişilməz qənaəti budur: sizin ölkədə insanların ən az düşündüyü şey - ekologiyadır. Düzdü, ilk baxışdan boz, maraqsız və sönük problem kimi görünür. Bizim nə vecimizə, babalarımız bizə göy üzünü daha təmiz, aylı gecələri daha gözəl qoyub gediblər axı. Bizim uşaqlığımızda gilənar ağacları qışda çiçəkləmir, qarlı kolların arasından qıpqırmızı qızıgüllər boylanmırdı. Uzaqgörən siyasəti ilə ad çıxarmış ağbirçəklərimiz demişkən, «bundan əvvəl axşam-səhər vardı» - yəni qışın qış, yayın yay xasiyyəti var idi.
Amma gələcək nəsillər də var axı. Bir neçə ildən sonra həkimlər xəstə uşaqlarımızı «təmiz havada gəzdirməyi» məsləhət görəndə, ümidsizliklə düşünəcəyik ki, axı o «təmiz hava» ümumiyyətlə, yoxdur. Orqanik məhsullar yetişdirmək istədiyimiz torpaqların şüalanma, zərərəli maddələrlə dolu olduğunu görəcəyik. Yediyimiz hər tikə kimyəvi maddələrə dolu olacaq. Və ən pisi, yediklərimiz, udduğumuz hava o qədər süni, yapma olacaq ki, təmiz hava udub, natural qidalanan insanlar kimi sevmə bacarığımızı da itirəcəyik. Bir neçə ildən sonra dərimizdən, hisslərimizdən, sevgilərimizdən «ximikat» qoxusu gələcək.








28 Fevral, 2012  15:36 Baxılıb: 1714 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner