Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İdman

İdmançılarımızın olimpiya geyimlərini italiyalı dizayner hazırlayacaq

Toni Şervino bu məqsədlə Bakıya gəlir 

Dünya şöhrətli İtaliya modelyeri Ermanno Şervino 2012-ci ildə Londonda keçiriləcək XXX Yay Olimpiya Oyunlarında iştirak edəcək azərbaycanlı idmançıların geyimlərinin dizaynını təqdim edəcək. Simsar.az-ın məlumatına görə, bu barədə bazar ertəsi Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Şervinonun adını daşıyan moda evinin rəhbəri Toni Şervinonun bu məqsədlə bugün Bakıya səfəri başlayır.

Azərbaycanın məşhur dizayner Ermanno Şervino ilə əməkdaşlığı 2011-ci ildən başlayıb. 2012-ci ildə Londonda keçiriləcək Olimpiya Oyunlarında Azərbaycanı təmsil edəcək idmançıların formalarının dizaynı üçün elan etdiyi tenderdə Rusiya, Slovenya, İsveçrə və İtaliya arasında qalib Ermanno Şervino olub. Dizayner azərbaycanın milli elementlərini hər bir geyimdə yüksək səviyyədə göstərməklə bərabər, eyni zamanda onları daha maraqlı və özünəməxsus şəkildə ifadə etməyi bacarıb.

Mərasim, idman və gündəlik geyimlərlə bərabər, aksessuarlarda da Azərbaycanın bayrağı, gerbi, bir sözlə, milli atributları yüksək səviyyədə əks olunub.

Ermanno Şervino 1999-cu ildə öz şəxsi brendinin tanıtımı ilə məşğul olmağa başlayıb. Modelyer müəyyən müddət Paris şəhərində yaşayaraq rəssam modelyer sənətinin sirlərinə yiyələnib.

Moda dünyasının incəliklərini öyrənən modelyer ilk günlərdən dəb aləminin diqqətini cəlb edib. Modelyerin yeni, qeyri-adi modelləri ilk andan zövqlü italiyalı xanımların böyük marağına səbəb oldu.

Dizayner Ermano Şervino və moda evinin rəhbəri Toni Şervinonun istedadını bir araya gətirən "Ermanno Scervino" şirkəti 2000-ci ildən fəaliyyət göstərir. Müasir və cəlbedici yaradıcılıq işləri ilə şirkət qısa zamanda nəinki İtaliya, eyni zamanda dünya moda arenasında böyük nüfuz qazanmış oldu.

"Ermanno Scervino"nun İspaniya, ABŞ, Böyük Britaniya, Rusiya, İsveçrə, Portuqaliya, Almaniya, İtaliya, Fransa, Yaponiyada butikləri fəaliyyət göstərir.






27 Fevral, 2012  20:36 Baxılıb: 936 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner