Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Baş Prokurorluq bələdiyyə və təhsil sahəsindəki qanun pozuntularını araşdırır

Bunların aradan qaldırılması üçün təkliflər hazırlanıb

Azərbaycanda bələdiyyələrin fəaliyyətində ən çox rast gəlinən qanun pozuntularının aradan qaldırılması üçün təkliflər hazırlanıb.
Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyev bildirib ki, yerli özünüidarə orqanları olan bələdiyyələrin fəaliyyəti ilə əlaqədar daxil olan müraciətlər Baş Prokurorluqda araşdırılıb.
İdarə rəisinin sözlərinə görə, cinayət xarakterli materiallar və cinayət işlərinin istintaq təcrübəsi ümumiləşdirilərək daha çox rast gəlinən xarakterik qanun pozuntuları, onlara şərait yaradan hallar müəyyənləşdirilib və onların aradan qaldırılmasına dair bir sıra təkliflər hazırlanıb.
Əliyev bildirib ki, həmin təkliflər qabaqlayıcı tədbirlərin həyata keçirilməsi üçün müvafiq təşkilati və zəruri tədbirlərin görülməsi məsələsinin nəzərdən keçirilməsi və məsələyə münasibət bildirilməsi üçün müvafiq qurumlara göndərilib.
Onun sözlərinə görə, Baş Prokurorluq tərəfindən Bakı şəhəri ərazisində bir sıra məktəblərin tikintisi və təmiri zamanı sui-istifadə, standartlara uyğun olmayan işlərin görülməsi və mövcud normaların tələblərinin pozulması hallarına yol verilməsi faktları üzrə də araşdırmalar aparılıb.
İdarə rəisi deyib ki, araşdırmaların nəticələri üzrə bu sahədə qanunsuzluqların, onların baş verməsinə şərait yaradan halların təxirəsalınmadan aradan qaldırılması və gələcəkdə bir daha təkrar olunmaması üçün təsirli tədbirlər görülməsi barədə Təhsil Nazirliyinə təqdimat göndərilib.
Eyni zamanda, təhlillər aparılmaqla bu sahədə işin yaxşılaşdırılması və korrupsiya hüquqpozmalarının qarşısının alınması məqsədilə konkret təkliflər hazırlanıb.
Əliyev hər iki məsələ ilə bağlı hazırlanmış təkliflərin yaxın vaxtlarda ictimaiyyətə açıqlanacağını deyib.






15 Fevral, 2012  15:31 Baxılıb: 1625 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



sagbanner