Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Valentin Günü - söhbət sevgidən gedirsə...

Yazıçı Əkrəm Əylisli və hacı Fuad Nurullahi Azərbaycanda Sevgililər Gününün qeyd olunmasına normal baxırlar 

14 fevral bütün Avropada Valentin Günü kimi qeyd olunur. Şərqdə birmənalı qarşılanmayan bu günün xüsusi qeyd olunması bir neçə dövlət tərəfindən artıq yasaqlanıb. Türkmənistan, Özbəkistan, İran, Malaziya, Pakistan kimi ölkələrdə bu günə “yox” deyiblər. Azərbaycanda isə ictimaiyyət Valentin Günü yüksək səviyyədə olmasa da, gənclər arasında qeyd olunmaqdadır.
Azərbaycanda bu günə qısqanc münasibət bəsləyənlərlə yanaşı, normal baxanlar da var.

Yazıçı Əkrəm Əylisli Simsar.az-a açıqlamasında bildirdi ki, o gündəki gözəllik var, sevgi var, onu qeyd etmək olar: “Məsələnin tarixi kökü məni qətiyyən maraqlandırmır. Bütün gözəlliklərin, mənəviyyatın kökü yunan-roma elladasından gəlir. Koroğlunun atlarının adları da, yunan mifalogiyasına gedib çıxır. Azərbaycan tarixi İpək Yolunun üzərində yerləşir. Buradan İtaliyaya, Yunanıstana gedənlər təkcə parça aparıb pul gətirməyiblər. Həm də Avropa mədəniyyətini öyrəniblər, gözəllikləri, inkişafı mənimsəyiblər. Əgər bütün dünya Valentin Gününü qeyd edirsə və bundan zərər görmürsə, biz niyə bundan imtina etməliyik? Millilər-milsizlər, dinlilər-dinsizlər nə düşünürlərsə, öz işləridir. Burada söhbət nifrətdən deyil, sevgidən gedirsə, hamımız buna normal baxmalıyıq”.

Ə.Əylisli onu da qeyd etdi ki, Azərbaycanda millətçilik şüarları səsləndirənlərin sayı artdıqca, vətənpərvərlik aşağı düşür, Allah deyənlər çoxaldıqca, dürüst əməllərin sayı azalır: “Qoy sevgililər günü barədə ürəyində insan, vətən sevgisi olanlar danışsın, şarlatanlar, cahillər yox”.

İlahiyyat Universitetinin dekanı hacı Fuad Nurullahi də hesab edir ki, Valentin Gününün qeyd olunmasında heç bir qəbahət yoxdur: “Evlənmək, sevmək, həmçinin sevgilini təbrik etmək İslama zidd deyil. Azərbaycan demokratik ölkədir. İctimaiyyət fərqli insanlardan, mövqelərdən ibarətdir. Kim 14 fevralı sevgililər günü kimi qeyd edirsə, onlara normal baxıram. Həmçinin keşiş Valentinin hərəkətlərinə qiymət verməyi düzgün hesab etmirəm. Qoy xristianlar bu hadisəyə qiymət versinlər. Xristianlıq keşişlərin evlənməsini qadağan edir. Amma İslam insanların sevgisinə, ailə qurmasını təbliğ edir. Məgər İsa peyğəmbər çarmıxa çəkilməsəydi, evlənməyəcəkdi?”

F.Nurullahi əlavə etdi ki, 14 fevralda qanundan, əxlaqdan kənar bir hadisə baş vermirsə, narahat olmağa dəyməz: “Azərbaycan İpək yolunun üzərində yerləşdiyindən Şərq və Qərb mədəniyyətini mənimsəyib. Odur ki, Avropa dəyərlərinin, demokratiyasının burada kök salmasından narahatlığa əsas yoxdur”.

Romada yaşayan rahib Valentin Roma imperatoru 2-ci Kladiusun qadağasına baxmayaraq, gəncləri gizlicə evləndirirdi. Gəncləri evləndirdiyinə görə Valentin həbs edilir və sonra öldürülür. O, miladdan sonra 269-cu il 14 fevralında dəfni olunur. Buna görə də kraliça Luperkaliyanın başladığı gün "Valentin günü" olaraq bayram edilməyə başlanıldı. Başqa bir rəvayətə görə Valentinin özü keşiş olmasına baxmayaraq həbsxananın rəisinin qızını sevib.

RUSLAN






13 Fevral, 2012  21:58 Baxılıb: 1494 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



sagbanner